
Bu gün Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərə, Müsavat Partiyasının başqanı Arif Hacılıya və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıya Baş Prokurorluqdan çağırış vərəqələri gəlib.
Müsavatın mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, prokurorluq İsa Qəmbəri, Arif Hacılını və Gülağa Aslanlını həbsdəki jurnalist Əfqan Muxtarlının işi ilə bağlı şahid qismində istintaqa cəlb edib.
Çağırışa əsasən İsa Qəmbər iyunun 16-da saat 15:00-da, Arif Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə vermək üçün Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə getməlidirlər.



