"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İsa Qəmbərin MSDM-ində Pənah Hüseyn “üsyanı”

13 Noyabr 2015 - 20:15
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İsa Qəmbərin MSDM-ində Pənah Hüseyn “üsyanı”

AXP lideri: “Barak Obamaya, Angela Merkelə əriştə kəsməkdən əvvəl bizə umac ovun”

Redaksiyamıza noyabrın 12-də İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji düşüncə Mərkəzinin keçirdiyi dəyirmi masada AXP sədri Pənah Hüseynin qalmaqal yaradan çıxışı barədə informasiya daxil olub. Mənbənin dediyinə görə, Pənah Hüseyn çıxış edərkən “siyasi müxalifətin durumu, indiki böhranlı vəziyyət üçün başlıca məsuliyyət müxalifətin ən iri fiquru olan İsa Qəmbərin üzərinə düşür”, –  ifadəsini işlədib. Ardınca təklif edib ki, İsa Qəmbər səbəb olduğu vəziyyətdən çıxmaqda maraqlıdırsa fəal siyasi fəaliyyətə qayıtsın. Bu zaman  Müsavat başqanı Arif Hacılı yerdən “Bəs iki gün qabaq deyirdin ki, lider mənəm” replikasını atıb. Pənah Hüseynin replikaya cavabı isə gözlənilməz sərt-kobud tərzdə olub: “Mən müxalifətin lideri yox, ən iri fiquru dedim, ümumiyyətlə isə sən İsa Qəmbərin vəkilisən?!”
 P.Hüseyn çıxışını davam edərək daha da sərtləşib. O müzakirəyə çıxarılmış mövzunu (Türkiyədə keçiriləcək G 20 sammiti ilə bağlı) tənqid edərək, “Barak Obamaya, Angela Merkelə əriştə kəsməkdən əvvəl bizə umac ovun”, deyib. Daha sonra “İzah edin, necə olur ki, qat- qat repressiv rejim olan, siyasi təşkilatların demək olar ki, olmadığı Cənubda (Güney Azərbaycanda) on minlərlə insan öz haqq və hüquqları uğrunda meydana atılır, bizdə isə ən böyük partiyaların ümumrespublika mitinqinə 300-500 adam gəlir. Necə olur ki, siyasi təcrübəsinə, intellektual potensialına görə iqtidar komandasından geri qalmayan müxalifət vəziyyətin əlində əsir qalıb? Mənim seçki kampaniyam göstərdi ki, öləziyən xalq yox, siyasi müxalifətdir. Allah müxalifətdəkilərə ağıl versin” fikirləri ilə sözünü yekunlaşdıran P.Hüseynin  sondakı cümləni xüsusilə əsəbi tonda səsləndirdiyi bildirilir. Mənbənin dediyinə görə İsa Qəmbər çıxışla bağlı diskussiya açılmasına imkan verməyib.
Maraqlıdır ki, MSDM- in dəyirmi masası barədə məlumat yayan Müsavat rəhbərliyinə yaxın saytlar nə Pənah Hüseynin çıxışından heç nə yazmayıb, nə də onun orada olmasını göstərən şəkillər belə, yerləşdirməyib. Odur ki, məsələyə aydınlıq gətirmək üçün Pənah Hüseynin özünə müraciət etdik. Pənah Hüseyn suallarımıza cavab olaraq göstərilən tədbirə qatıldığını, orda çıxış etdiyini, yuxarıda qeyd elədiyimiz fikirlərə bənzər sözləri çıxışının kontekstində səsləndirdiyini əsasən təsdiqlədi. Əlavə etdi ki, o tədbirə VHP- də cənub hadisələrinə həsr edilən tədbirdə iştirakı ilə bağlı gec qatılıb. Ona görə arxa sıralarda əyləşib. Ola bilsin buna görə obyektivə düşməyib.
Tədbirdən hazırlanan reportajda adının və çıxışından heç bir cümlənin verilməməsinə isə P.Hüseyn “İstənilən hadisə barədə necə məlumat vermək hər bir kütləvi informasiya vasitəsinin hüququdur, mənim bir iradım yoxdur”, deyərək münasibət bildirdi.
P.Hüseyn eyni zamanda vurğuladı ki, MSDM-in keçirdiyi dəyirmi masa ümumiyyətlə maraqlı idi, xeyli bilgi və düşüncə üçün material verdi.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Aynur Camal: “Onların xoşbəxtliyinin təməlini indidən ata bilərik”

Next Post

Əli Abbasov Baş Prokurorluqda dindirilir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Əli Abbasov Baş Prokurorluqda dindirilir

Arif Yunus: “MTN-də gördüm ki, artıq dəli oluram...”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.