"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İşğal nəticəsində Azərbaycana dəymiş maddi ziyan açıqlandı – 818 milyard 880 milyon dollar

14 Mart 2018 - 14:47
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

İlkin hesablamalara görə, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev 1918-ci il – Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günə qədər sülh və insanlıq əleyhinə, eləcə də müharibə cinayətləri törətmiş şəxslərdən Xocalı soyqırımı üzrə 39, Qaradağlı soyqırımı üzrə 12, Bağanis-Ayrım soyqırımı üzrə 12, Meşəli soyqırımı üzrə 9, Kərkicahan soyqırımı üzrə 47, işgəncə faktları üzrə 35, terrorçuluq faktı üzrə 3 nəfər, ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 133 nəfər, ümumilikdə isə 296 şəxsin Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı), 107 (deportasiya), 113 (işgəncə), 115 (müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətləri sübuta yetirildiyindən onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib.

E.Tağıyev bildirib ki, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinə təqdim edilib.

Şöbə rəisinin sözlərinə görə, istintaq zamanı iş üzrə ümumilikdə 75 mindən artıq istintaq hərəkəti icra edilib. Onlardan 25 min nəfərə yaxını zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilib. 6 min nəfərə yaxın şəxs şahid qismində dindirilib, 18 236 nəfər mülki iddiaçı qismində tanınıb. 1000-dən artıq müxtəlif növ ekspertizalar keçirilib.

E.Tağıyev əlavə edib ki, cinayət nəticəsində vətəndaşlara və dövlətə dəymiş maddi zərərin məbləği, ərazilərin işğal altında qalması nəticəsində itirilmiş mənfəətin məbləği, əhalinin öldürülməsi və xəsarət alaraq əmək qabiliyyətini itirməsi nəticəsində onların öz ailələrinə və dövlətə verə biləcəkləri maddi mənfəətin məbləği, öz daimi yaşadıqları yerlərdən məcburən didərgin salınmış əhalinin ölkənin digər müəssisələrə yerləşdirilməsi nəticəsində həmin müəssisələrin fəaliyyətinin pozulması səbəbindən dövlətə, eləcə də hüquqi və fiziki şəxslərə dəymiş maddi zərərin məbləği, işğal nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına uzun müddətli təcavüz nəticəsində itkilərlə əlaqədar dəymiş maddi zərərin məbləğinin beynəlxalq standartlara əsasən müəyyən edilməsi məqsədilə kompleks məhkəmə ekspertizası təyin edilib:

“Buna rəyin verilməsi Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupa həvalə edilib. İlkin hesablamalara görə, dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir. Hazırda qeyd edilən cinayətlərin təşkili və törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilib qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində iş davam etdirilir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev Yıldırımla görüşdü

Next Post

“Halal sertifikatının olması təhlükəsizlik göstəricisi deyil” – Qida Təhlükəsizliyi Agentliyi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“Halal sertifikatının olması təhlükəsizlik göstəricisi deyil” – Qida Təhlükəsizliyi Agentliyi

“Halal sertifikatının olması təhlükəsizlik göstəricisi deyil” – Qida Təhlükəsizliyi Agentliyi

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.