"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İşğalçı Ermənistan vurduğu ziyanın əvəzini ödəməli olacaq”

06 Mart 2015 - 09:53
in XƏBƏR LENTİ

 “İşğalçı Ermənistan vurduğu ziyanın əvəzini ödəməli olacaq”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı yeni faktlar aşkarlanıb

“İşğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycana vurduqları ziyana görə gec-tez cavab verməli və onun əvəzini ödəməli olacaq”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dünən “İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” mövzusunda keçirilən konfransda deyib.
M.Qurbanlı qeyd edib ki, erməni işğalçıları milli-mədəni abidələrimizə, o cümlədən ekologiyamıza çox böyük ziyan vurublar. (Trend)
Vurulmuş ziyan Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Qiymətləndirmə Komissiyası tərəfindən araşdırılır, toplanır, həmin sənədlərin əsasında Ermənistanın işğal nəticəsində vurduğu ziyan hesablanır: “Azərbaycan müvafiq olaraq işğalçı Ermənistanın vurduğu ziyanın əvəzini almaq üçün beynəlxalq hüquqa uyğun olaraq müraciətlər edir. Heç bir işğal əbədi ola bilməz. İşğalçılar gec-tez Azərbaycan torpaqlarından çıxarılacaq”.
 
 
Komitə sədrinin sözlərinə görə, bütövlükdə işğal olunmuş torpaqlarda milli-mədəni dəyərlərimizə vurulmuş ziyanın qiymətləndirilməsi ilə əlaqədar mütəxəssislərlə fikir mübadiləsi aparılması və onun beynəlxalq ictimai rəyə çatdırılması ilə bağlı xeyli işlər görülüb.
Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Xanhüseyn Kazımlı isə jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan üçün Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində dəymiş ziyanın miqdarından çox onun beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi daha önəmlidir.
Onun sözlərinə görə, dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı rəqəmlər əvvəlcə ölkə rəhbərinin masasının üstünə qoyulmalı, müzakirələrdən keçməli, beynəlxalq ekspertlərin rəyi öyrənilməlidir. Yalnız bundan sonra yanaşdığımız metodologiya, itki və tələfatların hesablanması üçün lazım olan göstəricilər sisteminin məqsədəuyğun olub-olmaması barədə hansısa fikir söylənilməlidir.
Qrupun rəhbəri bildirib ki, bununla bağlı müxtəlif rəqəmlər səsləndirilməsi düzgün deyil: “Ayrı-ayrı nazirlik və komitələr tərəfindən işğal nəticəsində dəymiş ziyanla bağlı müxtəlif rəqəmlərin səsləndirilməsi milli maraqlar baxımından məqsədəuyğun deyil. Təsnifat üzrə ardıcıl qaydada, fəaliyyət planına və Prezident İlham Əliyevin qarşımızda qoyduğu vəzifəyə müvafiq olaraq əhaliyə, dövlət müəssislərinə dəyən zərəri, eyni zamanda, təbii sərvətlər, informasiya-kommunikasiya, torpaq fondu və digər səbəblər hesabına olan itkilər cəmləşdirilməli, həm iqtisadi, həm sosial sferada, həm də ümumiyyətlə, məhrumiyyətlər hesabına əmələ gələn itkilərin dəyəri yekunlaşdırılaraq beynəlxalq ekspertlərlə razılaşdırılmalıdır”.
X.Kazımlı deyib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində dövlət qeydiyyatında olan 901 tarixi abidə var. Bunlardan 609-u yerli əhəmiyyətli, 285-i ölkə əhəmiyyətli və 13-ü beynəlxalq əhəmiyyətli abidədir: “Muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə, kolleksiyalarda, ibadət yerlərində, şəxsi mülklərdə qorunan eksponat və digər əşyaları buraya aid etmək olar. Halbuki bu kateqoriyaya aid 26 muzey, şəkil qalereyası, fərdi şəxslərə aid minlərlə eksponat torpaqlarımızın işğalı zamanı ermənilər tərəfindən mənimsənilərək Ermənistana aparılıb, bir qismi isə Almaniyada, Fransada, ABŞ-ın iri şəhərlərində satışa çıxarılıb, yaxud ermənilər üçün “nüfuzlu” bilinən şəxslərə hədiyyə edilib”.
Onun sözlərinə görə, işğal altındakı dövlət qeydiyyatında olan abidələrimizin sayı barədə fundamental faktlar var: “İşğal altındakı abidələrdən təxminən 50 ədədini türbə, 67-ni məscid 67, 92-ni ziyarətgah, 106-nı məbəd, 262-ni xalqımızın tarixini əks etdirən xatirə abidəsi, 263-ni arxeoloji abidələr, 39-nu qalalar və 32-ni isə bu tipdən olan körpülər təşkil edir. Bunların hər birinin beynəlxalq qiymətləndirmə əsasında və beynəlxalq ekspertlərin iştirakı ilə dəyərləndirilməsi üçün fəaliyyət planı hazırlanıb. Memarlıq abidələri içərisində ermənilər tərəfindən dağıntı və tələfatlara ən çox məruz qalan İslam dini abidələridir. Bura məscidlər, türbələr, ziyarətgahlar və digər inanc yerləri daxildir. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində fəaliyyət göstərmiş 67 müsəlman məscidindən Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8-i olmaqla ümumilikdə 63-ü dağıdılıb, 4 məscid isə yararsız hala salınıb. Beynəlxalq təşkilatların müdaxiləsi nəticəsində Ağdam Cümə Məscidinin, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını qismən salamat saxlamaq mümkün olub”.
İşçi qrupunun rəhbəri qeyd edib ki, ermənilər dini etiqadlara qarşı daha bir amansızlıq nümayiş etdirərək Ağdam Cümə Məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı nifrətini nümayiş etdiriblər. Onlar qəbiristanlıqların mərmər daşlarını söküb, formalarını dəyişərək Xankəndi, Xocavənd, Əsgəran, Laçında inşa etdikləri bağ və parklarda bəzək daşları kimi istifadə edirlər. Bunun da nəticəsində yüzlərlə qəbiristanlıq dağıdılıb, minlərlə qəbirlər tanınmaz hala salınıb.
Onun sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanın işğal altındakı ərazilərində dövlət qeydiyyatından kənarda qalmış daha 1500 İslam dini abidələri – məscidlər, pirlər, ziyarətgahlar, həmçinin qəbiristanlıq abidələri, o cümlədən türbələr, kurqanlar, siklop tipli memarlıq abidələri və antik qalalar mövcud olub.
X.Kazımlı bildirib ki, əldə olunan informasiyalar sübut edib ki, həmin ərazilərdə İslam dininə məxsus abidələrin erməniləşdirilməsi, xrisitianlaşdırılması istiqamətində bir qrup terrorçu qruplaşmanın maraqlarına xidmət edən işlərin görülməsi davam edir: “Buna misal olaraq Şuşa şəhərində 3, Şuşa – Laçın yolunda Fətiş bulağı ərazisində 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa – Xankəndi yolunda 2, Xankəndi şəhərində 4, Əsgəranda 2 və Ağdamın Şahbulaq qəsrinin yanında 1 erməni kilsəsi inşa edilib. Bundan başqa, Laçında 10, Kəlbəcərdə 7, Qubadlıda 3, Zəngilanda 2, Cəbrayılda 3, Füzulidə 2, Ağdərə, Əsgəran, Xocavənddə isə 15 alban dövrü məbədi təmir edilərək onlara erməni kilsəsi statusu verilib. Beləliklə, son 20 ildə işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayı 58-ə çatdırılıb. Bu isə faktiki olaraq hazırda indiki Ermənistan Respublikası ərazisində istifadə olunan kilsələrin sayından 2 dəfə çoxdur”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Yeni Yurd”un növbəti uğuru

Next Post

Qadın parlamentarların sayı iki dəfə atıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Qadın parlamentarların sayı iki dəfə atıb

“Qaçaq” təyyarə qəzasına uğrayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.