"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İŞİD-ə qoşulan azərbaycanlıdan anasına mesaj: “İraqdayam, cənnətdə görüşərik” – ŞOK DETALLAR

06 Fevral 2015 - 17:26
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

06024Xudat şəhər sakini 28 yaşlı Məmmədov Zaur Oqtay oğlu yeddi ay öncə İraqa gedərək, İŞİD sıralarına qoşulub.
Bu barədə publika.az-a Z.Məmmədovun valideynləri məlumat veriblər.
Ərkinaz Məmmədova oğlunun iyul ayının 12-də axşam saat 22:00 radələrində sənədlərini götürərək evdən çıxdığını deyir: “Evdən Bakıya işləmək adı ilə çıxmışdı. Həmin vaxt işsiz idi. Atası ilə işlə bağlı söhbət edəndə dedi ki, yaxınlarda mənim üçün Bakıda iş olmalıdır. Evdən çıxandan sonra səhər zəng etdim, telefonuna zəng çatmadı. Bir müddət səs çıxmadı. İki ay polisə, MTN-nin rayon şöbəsinə getdim. Heç bir məlumat ala bilmədim”.
4 aydan sonra Z.Məmmədov xalası oğluna mesaj yazıb: “Mən İraqdayam, narahat olmayın. İnşallah, cənnətdə görüşərik”.
Xalasıhın oğlu dərhal mesaja cavab yazsa da, həmin mesaj indiyə qədər oxunmayıb.
Anası deyir ki, Z. Məmmədov 4 il öncə namaz qılmağa başlayıb: “Biz düşünürdük ki, Allahın namazıdır, hər kəs qıla bilər. Xudatkənd məscidinə gedirdi. Üzündə narın saqqal var idi. Tez-tez də saqqalını qırxırdı. O vaxt Xudatdan Suriyaya gedənlər olduğuna görə biz qorxmuşduq. Dedim ki, Zaur, başına dönüm, birdən sən də onlara qoşularsan. Mənə dedi ki, ana, narahat olma, mənim başım xarab olmayıb. O getməyənə qədər heç vaxt şübhələnməzdik. Gedəndən sonra polis mənə bildirdi ki, oğlun əvvəl oturub-durduğu uşaqlardan ayrılıb. Başqaları ilə namaz qılırmış. Onlardan bu yaxınlarda tutulan Bəhruz Şahbazi və onun qardaşı Ruslanı tanıyıram. İndi həmin adamlardan soruşanda boyunlarına almırlar”.
Lakin Ə. Məmmədova oğlunu Suriyaya aparan adamı tanıdığını deyir. Onun sözlərinə görə, həmin şəxs Elçin Babayev adlı Xudat sakinidir: “Onun haqqında polisə məlumat vermişəm. Elçin Suriyaya gedib gəlib. İndi Bakıda işləyir. Nəyəsə görə onu tutmadılar. Amma onun Suriyadan oğluma yazdığı mesajlar var. Bu yaxınlarda Zaurun nar nömrəsini aktivləşdirdim, həmin mesajlar ortaya çıxdı. O, həmin mesajlarda Zaura necə getməyin yollarını göstərir, ona istiqamət verir. O mesajları da polisə vermişəm”.
E. Babayev Z. Məmmədova yazdığı mesajların birində belə deyir: “Yol boyu səndə vəsvəsələr olacaq. Amma heç nədən çəkinmə, çoxlu zikr et. Azərilər Suriya məsələsinə pis baxırlar. Səni gələndə Sabri camaatı qarşılayacaq. Biz bir-birimizi iki ay görməyəcəyik. Səni Makara (güman ki, yer adıdır – red) aparacaqlar”.
Digər bir mesajında isə belə yazır: “Qırmızı torpaqlara gəlib çatdın? Mənim yanıma gəlsən, yaxşı olar”.
Ə. Məmmədova Elçin Babayevin həbs olunmasını istəmir. Sadəcə olaraq, oğlunun yerini öyrənmək istəyir.
“Mən demirəm ki, oğlumu məcbur aparıblar. Amma onun beynini doldurduqları, ürək-dirək verdikləri və yol göstərdikləri faktdır. Mənim oğlumun 28 yaşı var idi. Heç Xaçmazı yaxşı tanımırdı. Ev uşağı kimi idi. Birdən-birə necə İraqa gedib çıxıb?! Elçin oğlumu necə aparıbsa, geri qaytarsın”.
Ana oğlu haqqında Nadir Əlixanovun (bu yaxınlarda MNT-nin keçirdiyi əməliyyat nəticəsində həbs olunub – red) da məlumatlı olduğunu deyir: “Onların qrupundan bir nəfər dedi ki, oğlumun yerini və oradakı ləqəbini Nadir dəqiq bilir. Nadirin həyətinə getdim. İki saat yalvardım. Heç nə demədi. Axırda dedi ki, məni polis izləyir. Ara sakitləşsin, mən sənin oğlunla əlaqə yaratmağına kömək etməyə çalışaram. Bu ayın 12-si Zaurun getməsindən 7 ay keçib. Mənim ana kimi ürəyim partlayır. Özümə qəsd etmək həddinə çatmışam”.
Ə. Məmmədova dövlətdən oğlunun geri qaytarılması üçün kömək istəyir: “Mənim oğlum böyük axmaqlıq edib. Dövlətimizdən xahiş edirəm ki, onu tapıb gətirsinlər. Öz hökumətimiz nə cəzası varsa versin. Oğlumun yad ellərdə qalmasını istəmirəm. Hər yerdən əlimiz üzülüb, gedəndən bəri heç bir xəbər verməyib bizə. Dövlətimizdən xahiş edirəm ki, oğlumu ölkəyə gətirsinlər, hansı cəzaya layiqdir versinlər. Təki gözümün qabağında, öz ölkəsində olsun”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hökumət “Sovetski”ni sökməyə pul tapmır…

Next Post

Müdafiə Nazirliyindən Ermənistana sərt xəbərdarlıq: “Cavabımız amansız olacaq”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Müdafiə Nazirliyindən Ermənistana sərt xəbərdarlıq: "Cavabımız amansız olacaq"

Əsabil Qasımov oğlunu deputat seçdirmək istəyir - Biznesmen-deputat seçki marafonundan geri çəkilir

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.