Avropa.info xəbər verir ki, 15-17 dekabr tarixində ABŞ aviasiyası 6 dəfə hava zərbəsi endirib. Müttəfiq ölkələrin uçuş sayı isə 61 dəfə olub.
Bombardmanlar xüsusilə Kobani ilə Əbu Kamal ətrafında gerçəkləşdirilib. Kobani yaxınlığıda İŞİD-in binası, anbarı və ağır silahları məhv edilib.
Mosul, Telafer, Sincar, Hir, Rava, Ərbil, Ramadi şəhər və qəsəbələri də bombardman edilib.




