Roma Papası Frensisk bazar günü terrorçu təşkilat olan İŞİD-in Suriya və İraqda Allah qarşısında dəhşətli günahlar işlətdiyini bəyan edib. Musavat.com-un
“Reuters”ə istinadən verdiyi xəbərə görə, pontifik hamını bu regionda münaqişələrə son qoymaq üçün köməklik eləməyə çağırıb.
“Reuters”ə istinadən verdiyi xəbərə görə, pontifik hamını bu regionda münaqişələrə son qoymaq üçün köməklik eləməyə çağırıb.Papanın sözlərinə görə, bütün inanclardan olan insanlar qonşuluqdakı “antibəşəri və qəddar müharibənin” qurbanlarının qışqırtısına laqeyd qala bilməzlər.
“Xalqın dincliyini əlindən almaq, xüsusən də zəiflərə və müdafiəsizlərə qarşı zorakılıq aktları törətmək və ya buna rəvac vermək Allah qarşısında olduqca ağır günahdır” – deyə o, qeyd edib.



