Suriyanın Kobani şəhəri uğrunda gedən qanlı döyüşlərdə kürd müqavimət dəstələri şəhərin üç əsas bölgəsini
ələ keçiriblər.
ələ keçiriblər.Şəhər sakinlərinin əks-hücumu nəticəsində xeyli sayda İŞİD döyüşçüsü öldürülüb. Bu haqda xəbər yayan İTAR-TASS agentliyi bildirir ki, kürd silahlı birləşmələri hələ də hücum mövqeyində olaraq islamçı dəstələri sıxışdırmaqla çoxlu qənimətlər ələ keçiriblər.
Hadisə yerindən operativ xəbər ötürən “Reyters” agentliyinin müxbiri isə bildirir ki, kürdlər hətta İraq ərazisinə adlayaraq Zumar şəhəri ətrafındakı bir neçə yaşayış məntəqəsini də azad ediblər. Son iki gündə Amerika hərbi təyyarələri həmin bölgədə havadan 22 bomba zərbəsi endiriblər.
Digər strateji yüksəklik ətrafında da gərgin toqquşmalar gedir. Hələlik üstünlük kürd birləşmələrinin tərəfindədir və onlar şərqə doğrü hərəkətlərinin davam etdirirlər.
Suriyanın paytaxrı Dəməşqdən 532 kilometr məsafədə olan Kobanini hazırda 2 mindən çox müqavimət mücahidi qoruyur. Ən yaxın zamanda bu qrupa İraqdan hərbi hazırlığı olan 200 könüllünün gəlməsi gözlənilir.
Döyüş məkanı genişləndikcə yerli dinc əhali Türkiyə istiqamətində hərəkət edir. Kobani və ətrafında olan 60-a yaxın kənd və yaşayış məntəqəsindən ümumilikdə təxminən 200 min mülki şəxs qonşu Türkiyə ərazisinə adlayıb.
Yerli müşahidəçilərin fikrincə, əks-hücuma keçmiş kürd müqavimət dəstələrinin əsas hədəfi Kobanini tam azad edib Suriya Kürdüstanında vəziyyəti tam nəzarətə götürməkdir.
Xəbərdə həmçinin bildirilir ki, yerli kürdlər Bəşər Əsədə qarşı çıxmış silahlı müxaliflərin köməyini rədd ediblər.



