Bu uzun sənəd internetdə yanvarın 23-də dərc edilsə də, uzun müddət beynəlxalq medianın diqqətindən kənarda qalıb. Sənəd, Qərb ölkələrindən İŞİD-ə mühacirət etmiş qadın cihadçıların sosial mediada paylaşdıqları statuslardakı zorakı mesajlardan xeyli fərqlənir. Reallıq isə sənəddə göstərilənlər deyil, qadınların yaşadıqlarıdır. Britaniyadan olduğu təxmin edilən 50 qadın da daxil olmaqla, İŞİD-ə qoşulmaq üçün minlərlə qadın gözəl həyat arzusu ilə Türkiyədən Suriyaya keçib. Onların hazırda sağ olduqlarını isə heç kim bilmir…
Sənəd israr edir ki, qadınların rolu oturaqdır və onlar kişi cihadçılar üçün uşaq doğmalı, evdən dəstəkləməlidirlər. Bütün bunlardan sonra traktatın böyük bir hissəsi İŞİD-in üsul-idarəsində yaşayan qadınların normal həyat yaşadıqlarının vurğulanmasına həsr edilib. “Dövlət heç nəyi qadağan etmir”deyilir, lakin dərhal da əlavə edilir ki, kişilərin və qadınların mədrəsələrdəki yerləri ayrıdır.
Rakka İŞİD-in elan etdiyi Xilafətin paytaxtı sayılır. İŞİD-inn de fakto paytaxtı sayılan bu şəhər “mühacirlərin cənnəti” adlandırılır.

“Pozğun qadınlar”
Traktatda iddia olunur ki, əksinə Körfəz ərəb ölkələrindəki və Səudiyyədəki qadınlar “vəhşilik və düşmənçiliklə” üzləşirlər. Sənəd izah edir ki, bu “vəhşilik və düşmənçilik” özünü qadınların kişilərlə birlikdə dükanlarda işləməsində, pasport və başqa kimlik sənədlərindəki fotolarda, Qərb təhsil ocaqlarında təhsil almaqda və Səudiyyənin Ciddə şəhərindəki “kafirlik universitetlərində”oxumaqda büruzə verir.
Regionda ən mühafizəkar media qurumlarından biri olan Səudiyyə televiziyası “fahişələrin və kafirlərin televizya kanalı” adlandırılır, yazar qadınlara isə “pozğun qadın” damğası vurulur. Xaricdən gətirilən müəllimlər öz “zəhərli və kafir ateist ideyalarını yayan casuslar” kimi damğalanırlar.
Maraqlıdır ki, bu traktatda yezidilərin kütləvi şəkildə köləyə çevrilməsindən, azyaşlı qızların oğurlanaraq gətirilməsindən, kəsilən başların Raqqa şəhərində nizəyə taxılmasından və homoseksualların 7-ci mərtəbədən atılmasından bir kəlmə də deyilmir.