Musavat.com-un məlumatına görə, İŞİD-in işğal etdiyi yezidilərin yaşadığı Şenqal şəhərinin xilas edilməsi üçün peşmərgə əməliyyatlara başlayıb. Əməliyyatlar ABŞ-ın dəstəyi ilə və hərbi təyyarələr vasitəsiylə aparılır. Peşmərgə bu səhər üç cinahdan hücuma keçib.
Xəbər hazırlamaq üçün bölgədə olan Ərbilin Rudav kanalının iki jurnalisti İŞİD tərəfindən oğurlanıb.
Əməliyyata PKK və yezidilər də qoşulub. Şenqal dağından enən kürdlər şəhər mərkəzinə doğru hücuma keçib.




