Qabil Hüseynli: “Bu, başqaları üçün də pis nümunə olacaq”
Politoloq Qabil Hüseynli Moderator.az-a açıqlamasında İŞİD təhlükəsini tezliklə aradan qaldırmağın vacibliyini qeyd edib. Ekspertin qənaətincə, proseslərin uzanması başqa problemlərin də meydana çıxmasına səbəb ola bilər:
“İŞİD-i tezliklə bitirmək lazımdır. Yoxsa bu, başqaları üçün də pis nümunə olacaq. İŞİD-in hələ uzun müddət fəaliyyət göstərməsi dünyada islamafobiyanın genişlənməsinə səbəb ola bilər. Ola bilsin ki, hansısa dövlətlər dünyada islamafaboyanın yayılmasında maraqlıdır. Bu gün həmin ölkələrin konkret adını çəkmək mümkün olmasa da, bu dövlətlərin hansı coğrafiyada yerləşdiyini təxmin etmək olar. Bu səbəbdən də İŞİD-in tezliklə tam şəkildə zərərsizləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir”.



