Musavat.com-un məlumatına görə, onlardan biri Bağdadının köməkçisi Hacı Mutaz, digəri isə Əbdül Bəsitdir. ABŞ rəsmiləri təşkilatın Mosuldakı lideri Ridvan Tələb Həmduninin öldürüldüyünü də təsdiqləyib.
İŞİD liderlərindən üçünün öldürüldüyünü Pentaqon da açıqlayıb. Lakin öldürülənlərin kimliyi haqqında məlumat verməyib. Amerikalı general-leytenant Ceyms Terri 8 avqustdan bəri İŞİD-ə qarşı 1391 hava hücumu təşkil edildiyini deyib. Ancaq Terri İŞİD-in tamamən məhv edilməsi üçün 3 il vaxt lazım olduğunu qeyd edib.




