ABŞ İŞİD terrorçularının İraq polis əməkdaşlarına qarşı zəhərli qazdan istifadə eləməsi barədə yayılan
xəbərlərlə bağlı təhqiqata başlayıb. Musvat.com-un BBC-yə istinadə verdiyi xəbərə görə, “Washington Post” qəzeti hücumun ötən ay baş verdiyini yazıb.
xəbərlərlə bağlı təhqiqata başlayıb. Musvat.com-un BBC-yə istinadə verdiyi xəbərə görə, “Washington Post” qəzeti hücumun ötən ay baş verdiyini yazıb.Cümə günü Amerika nəşri xəbər yayıb ki, İraq polisinin əməkdaşları xəstəxanaya baş gicəllənmə, qusma və tənəffüs pozuntuları simptomları ilə müalicəxanaya yerləşdiriliblər. Bu simptomlar xlorla zəhərlənmələrə xasdır. İraq hakimiyyət dairələri iki belə hücum haqda məlumat verib.
Dövlət katibi Con Kerri isə bildirib ki, kimyəvi silahın istənilən tətbiqi beynəlxalq hüququn kobud pozulmasıdır.



