İŞİD Kobaniyə qarşı hücumlarını daha da artırıb.
Axar.az xəbər verir ki, kürdlər İŞİD-in əvvəl şəhərə 3 mövqedən hücum etdiyini, indi isə 4 istiqamətdən hərəkətə keçdiyini bildirirlər.
Qeyd edək ki, dünən İŞİD-in Türkiyə sərhəddindən keçməsi barədə yayılan xəbərləri Türk hökuməti təkzib edib.
Şanlıurfa valisi İzzəddin Küçük Mürşidpınar Sərhəd Darvazasının PYD-nin əlində olduğunu bildirib. Dünənki toqquşmalarda 8 kürdün, 17 İŞİD-çinin öldüyü açıqlanıb.



