"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İŞİD-in mühasirəyə aldığı türkmən qəsəbəsi Qaratəpədə mülki şəxslərin sayı Kobanidəki əhalidən çoxdur”

23 Oktyabr 2014 - 18:23
in GÜNDƏM
“İraq Şam İslam Dövləti (İŞİD) hər gün türkmənlərin yaşadığı kəndlərə, qəsəbələrə, şəhərlərə hücum edir.загруженное

 

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Ötən gün İŞİD türkmənlərin yaşadığı Qaratəpə qəsəbəsində 10 türkməni qətlə yetirib”. Bunu APA-ya açıqlamasında Kərkük İnformasiya Agentliyinin və “Türkmeneli TV”nin Türkiyə təmsilçisi, İraq Türkmən Cəbhəsinə daxil olan Türkməneli Partiyası sədrinin müşaviri Ersan Sarıkahya söyləyib.

 

E. Sarıkahya deyib ki, Telaferdə olduğu kimi, bu günə qədər hazırda İŞİD-in mühasirəyə aldığı Qaratəpəyə İraq mərkəzi hökuməti, ordusu, Şimali İraq Kürdüstan Muxtariyyətinə bağlı peşmərgə gücləri, ABŞ və müttəfiqlərinin hava qüvvələri tərəfindən hər hansı dəstək verilməyib: “Artıq İŞİD Mosulda İraq ordusunun bazasından ələ keçirdiyi hərbi texnikadan türkmən kənd, qəsəbə və şəhərlərinə hücumda istifadə etməyə başlayıb. Söhbət tək Qaratəpədən getmir. Ancaq İŞİD-in hücumuna məruz qalan çoxlu sayda türkmən yaşayış qəsəbələrinin adları nə İraq hökuməti, nə də dünya birliyi tərəfindən dilə gətirilmir. Bu gün Kobaniyə göstərilən diqqət Qaratəpəyə göstərilmədi. Ancaq hazırda İŞİD-in mühasirəyə aldığı türkmən qəsəbəsi Qaratəpədəki mülki şəxslərin sayı Kobanidəki əhalidən dəfələrlə çoxdur. Kobanidə faktiki mülki şəxslər qalmayıb, lakin 20 mindən çox əhalisi olan Qaratəpədə çoxlu sayda mülki şəxs qətliam təhlükəsi altında yaşamaqdadır. Xüsusən İŞİD şiə türkmənlərin heç bir yerdə qalmamasına, yaşamamasına çalışır. Türkmənlər yüngül silahlarla böyük qəhrəmanlıq göstərərək mühasirə vəziyyətinə düşmüş Əmirli şəhərinin müdafiə edilməsinə və mühasirədən çıxarılmasına nail oldular. Ancaq Qaratəpənin müdafiəsini təşkil etmək, müqavimət göstərmək imkanları çox azdır. Artıq 10 nəfər öldürülüb, ancaq bu, 10 nəfərlə bitməyəcək, bu gün, ya sabah Qaratəpədə bir faciə yaşana bilər”.

 

Ağır silahlara malik İraq ordusu, peşmərgə kimi qüvvələrin İŞİD qarşısında duruş gətirə bilmədiyini qeyd edən E. Sarıkahyanın sözlərinə görə, belə bir qüvvəyə qarşı türkmənlər təklikdə müqavimət göstərə bilməz. O nəzərə çatdırıb ki, Səddam Hüseyn dönəmində ordunun rəhbərliyində general və digər yüksək rütbə daşımış hərbçilərin, əsgərlərin çoxu sünni ərəblər olub və onlar hazırda İŞİD-lə birləşib: “İŞİD tək bir təşkilat kimi başa düşülməməlidir. İraqdakı İŞİD-in tərkibində müxtəlif qruplar var. Səddam Hüseyn dönəmində orduda xidmət etmiş hərbçilər də İŞİD qrupunda döyüşür. Bu qüvvələr coğrafi baxımdan o torpaqları, zəif və güclü istiqamətləri daha yaxşı tanıyır, ən böyük üstünlüklərindən biri də budur”.

 

İraq Türkmən Cəbhəsinin İraq mərkəzi hökumətinə türkmən yaşayış məntəqələrinin qorunması üçün silahlı birləşmələrin yaradılması və silahlandırılması barədə təklifinə müsbət cavab verilmədiyini, beynəlxalq dəstək verilmədiyi müddətdə bunun mümkün olmayacağını söyləyən E. Sarıkahya artıq İraq ordusuna bağlı olan türkmən silahlı birləşmələrinin yaradılması prosesinə başlandığını açıqlayıb: “Biz Tuzhurmatının müdafiəsi üçün türkmənlərdən ibarət diviziyanın yaradılması, onlara ağır silahların verilməsi üçün müraciət etmişdik. Lakin o zaman bizim müraciətimizə cavab verilmədi. Bu dəfə isə əslən Telafer türkmənlərindən olan nüfuzlu şiə din xadimi Məhəmməd Taki əl-Mövla böyük səy göstərdi və nəticədə İraq hökuməti Kərbəlada Telafer müdafiə diviziyasının yaradılmasına icazə verdi. Bu gün Kərbəlada tank və digər ağır silahlarla təchiz edilmiş türkmən gənclərdən ibarət Telafer müdafiə diviziyasının formalaşdırılması prosesi başa çatıb. 1000 nəfərdən ibarət diviziyası tamamilə türkmən gənclərdən formalaşdırılıb. Lakin onların sayı azdır, qısamüddətli hərbi təlim keçiblər, qarşılarında isə böyük hərbi təcrübəsi və texnikası olan İŞİD var”.

 

E. Sarıkahya bir neçə ay əvvəl Kərkük və ətrafdakı türkmən yaşayış məntəqələrinin müdafiəsi məqsədilə könüllü türkmən gənclərindən ibarət 5 min nəfərlik birləşmənin yaradıldığını, ancaq onların müəyyən yollarla əldə etdikləri yüngül silahlarla silahlandığını, peşəkar hərbi təlim keçmədiklərini xatırladıb.

 

E. Sarıkahya onu da bildirib ki, İraqda Telafer və digər yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qalmış 100 mindən çox türkmən İraqın müxtəlif bölgələrində çadır şəhərciklərində çox ağır vəziyyətdə yaşamaqdadır, onlara dünya birliyindən hər hansı dəstək yoxdur: “Söhbət insani durumun nəzərə alınmasından gedir. Çadırda yağış altında, palçıqda, sağlamlıq üçün ağır fəsadlar törədəcək şəraitdə yaşayan uşaqları görəndə insan qəlbinin dözməsi mümkün deyil. Ancaq bunu kimsə dilə gətirmir. Keçən həftə çadır şəhərciklərinin birində bir türkmən uşağın ürəyi dayandı, UNİCEF yardım etdi. Ancaq o çadır şəhərciklərdə yardıma ehtiyacı olan və həyatını itirən çoxsaylı uşaq var”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Jurnalistlər cəbhə bölgəsində – FOTO

Next Post

“Ebola” virusu sərhədləri aşır

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

“Ebola” virusu sərhədləri aşır

Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Naxçıvanda olub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.