Amerika Senatı gələn ilə Ordunun xərcləri üçün 585 milyard dollar ayırılmasına razılıq verib. Həmin vəsaitin 64 milyard dolları xaricdəki terrorçu qruplarla
mübarizəyə sərf olunacaq. Aydındır ki, hazırda İŞİD faktoru son dərəcə aktualdır. Ona görə də Pentaqonun bu vəsaitin əsas hissəsini o istiqamətə yönəldəcəyi kimsədə şübhə doğurmur. Ordu üçün nəzərdə tutulmuş budcə prezident Barak Obama tərəfindən imzalandıqdan sonra təsdiq olunmuş sayılacaq. ABŞ dünyanın ən modern ordusuna sahib olan ölkədir. Amma təpədən-dırnağa qədər silahlanmış bu ölkə də İŞİD-lə mübarizədə ciddi çətinliklərlə üzləşib. 64 milyard dolların İŞİD-i aradan götürməyə yetə biləcəyi isə inandırıcı görünmür.
mübarizəyə sərf olunacaq. Aydındır ki, hazırda İŞİD faktoru son dərəcə aktualdır. Ona görə də Pentaqonun bu vəsaitin əsas hissəsini o istiqamətə yönəldəcəyi kimsədə şübhə doğurmur. Ordu üçün nəzərdə tutulmuş budcə prezident Barak Obama tərəfindən imzalandıqdan sonra təsdiq olunmuş sayılacaq. ABŞ dünyanın ən modern ordusuna sahib olan ölkədir. Amma təpədən-dırnağa qədər silahlanmış bu ölkə də İŞİD-lə mübarizədə ciddi çətinliklərlə üzləşib. 64 milyard dolların İŞİD-i aradan götürməyə yetə biləcəyi isə inandırıcı görünmür.Qərb mənbələri qeyd edir ki, həmin vəsaitdən İraq və Əfqanıstanda yerli hərbi birləşmələr üçün təlim xərcləri ayrılması da nəzərdə tutulub. Suriyadakı Qərbə bağlı üsyançılara da maddi və hərbi yardım ayrılacaq.



