"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İŞİD-in tərkibində döyüşən azərbaycanlıların çoxu geri qayıtmaya bilər -Təhlükəsizlik eksperti

29 İyul 2017 - 09:52
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Təhlükəsizlik eksperti deyir ki…

3 il əvvəl İraqın ikinci böyük şəhəri Mosulu işğal etməklə dünyanın diqqətini öz üzərinə çəkən İŞİD hazırda İraq və Suriyada sürətlə mövqelərini itirir. Görünən odur ki, Astana razılaşmasına əsasən İŞİD-in Suriyada məhv edilməsi sürətlə davam edir.

Ancaq indi gündəmin əsas sualı İŞİD-in bundan sonrakı taleyidir. Bundan sonra, yəni Suriya və İraqda nəzarət etdiyi əraziləri itirdikdən sonra İŞİD hansı taktikanı seçəcək? Mütəxəssislər iki əsas variant üzərində dayanır. Əslində hər iki variantın davam etdirilməsi də realdır. Birinci variant İŞİD-in yer altına” çəkilməsidir. Digər terror qruplaşmaları kimi İŞİD-in də ən son çarəsi “yer altına çəkilmək” olacaq. Yəni qruplaşma torpaqlarını itirdikdən sonra gizli fəaliyyətə keçə, daha əvvəl “əl-Qaidə” terror təşkilatının həyata keçirdiyi taktikadan istifadə edərək varlığını terror hücumları ilə davam etdirə bilər. Bu isə o deməkdir ki, dünyanın istənilən ölkəsi İŞİD-in potensial hədəfinə çevrilə bilər.
Bunun üçün İŞİD-in hətta günü bu gün böyük canlı qüvvəsi var. Bəzi mənbələrə görə, İraq və Suriyada 30, hətta 40 minə yaxın İŞİD üzvü əcnəbi terrorçunun olduğu ehtimal edilir. Bununla da İŞİD həm adıçəkilən ölkələrdə, həm də digər ölkələrdə gizli terror-təxribat fəaliyyətləri həyata keçirə bilər.

İkinci variant isə İraq və Suriyada mövcud olan sistemi başqa bir ölkəyə daşımaqdır. Məlum olduğu kimi, hazırda Yəməndə, Nigeriyada, Şimali Afrika – Misir və Liviyada, o cümlədən Filippində İŞİD-ə beyət edən silahlı terror təşkilatları var ki, hələ də aktivdir. Ancaq indi çox da dilə gətirilməyən, amma dünya ölkələrini narahat edən ən əsas məqamlardan biri İŞİD üzvlərinin dünyaya səpələnməsi təhlükəsidir.
Bu yaxınlarda MDB antiterror mərkəzi də bu barədə xəbərdarlıq edib. İŞİD üzvlərinin yenidən öz vətənlərinə geri qayıtması özləri ilə birlikdə vətənlərinə terror və savaş riski də gətirir deməkdir. Son aylarda Rusiyada və Avropada artan terror hücumlarının bir səbəbi də budur. Çünki geri dönən İŞİD üzvləri hətta qruplaşma ilə bağlarını qoparsalar belə (bu ehtimal nə qədər zəif olsa belə) onların terror və cinayət riski daşıyıcıları olması faktdır. Bu səbəbdən artıq Rusiya və Avropa ölkələri kimi birbaşa İŞİD-lə mübarizə cəbhəsində yer alan ölkələr həyəcan təbili çalırlar.

Image result for Arzu nağıyev

Azərbaycan artıq 3 ildir ki, bu təhlükəyə qarşı preventiv addımlar atmağa çalışır. Qanunlar sərtləşdirilib, geri qayıdan (təsbit edilən) İŞİD üzvləri yaxalanaraq mühakiməyə cəlb olunur. Ancaq risk hələ də güclüdür. Çünki burada və Yaxın Şərqdə nə qədər azərbaycanlının bu təşkilata qoşulduğu dəqiq bilinmir.

Təhlükəsizlik eksperti Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan hökumətinin geri qayıdan terrorçularla bağlı mövqeyi açıqdır. Ekspert deyir ki, geri qayıdanlar həbs olunur: “Məlumdur ki, bu şəxslər Azərbaycana qayıdarlarsa, Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, daha doğrusu, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratmada iştiraka görə cinayət məsuliyyətinə cəlb ediləcəklər. Bundan başqa, öz qanunsuz fəaliyyətlərini davam etdirmək məqsədləri olsa, artıq müxtəlif maddələrlə də cinayət işləri açılacaq. Məhz bunu dərk edən həmin şəxslər öz radikal fikirlərindən əl çəkməsələr, təbii ki, məsuliyyət daşıyacaqlar”.

Ancaq eyni zamanda A.Nağıyevin fikrincə, İraqda və Suriyada döyüşmüş azərbaycanlıların hamısının Azərbaycana qayıtması inandırıcı deyil. Ekspertə görə, onların bir çoxu başqa ölkələrə üz tuta bilər: “Digər məsələ də ondan ibarətdir ki, artıq bu şəxslər tək Suriya və İraqla məhdudlaşmırlar. Məlum olduğu kimi, demək olar ki, dünyanın bir çox ölkələrində bu şəxslərdən terror və digər cinayətlərdə vasitə kimi istifadə edirlər. Buna görə də onların Azərbaycana qayıtması o qədər də vacib məsələ deyil. Çünki artıq bu şəxslər haqqında müvafiq orqanlar məlumatlıdır. Düşünürəm ki, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının üzərinə böyük məsuliyyət düşür və bu şəxslərin aşkarlanması, qanunsuz fəaliyyətlərinin araşdırılması, leqallaşdırılması və neytrallaşdırılması mühüm bir amildir. Çünki Azərbaycanın şimal sərhədlərində, Rusiyada, Şimali Qafqazda İŞİD-ə beyət edən terror qrupları var, təbii ki, bu da təhlükəsizliyə təhdiddir. Bundan başqa, İŞİD üzvləri və ya tərəfdarları tək Suriyada və İraqda döyüş əməliyyatlarında iştirak etmirlər, onların başqa missiya hətta keçirən tərəfdarları da var”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan hərbi parkını gücləndirir – Qarabağ prioriteti

Next Post

50 yaşın astanasında – “Ümidə bulaşmış ayaqqabılar…”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

50 yaşın astanasında - “Ümidə bulaşmış ayaqqabılar...”

"Azərbaycanın təməl prinsipləri sülh və humanizmdir" - Mehriban Əliyeva

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.