"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İŞİD İraq ordusunu rəzil etdi

28 Sentyabr 2014 - 23:41
in Banner, GÜNDƏM

300 nəfər öldü, “itkilərimiz bir əlin barmaqları qədərdir”, dedilərimg1643723

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

İsrailin rusdilli “mignews.com” saytı İraqın Əl-Ənbar vilayətindəki Felluca qəsəbəsində baş verən hadisələr haqqında geniş yazı hazırlayıb. Bağdaddan 70 km. qərbdə yerləşən bu qəsəbədə İraq ordusu İŞİD tərəfindən biabırçı məğlubiyyətə məruz qalıb.
Yazıda deyilir ki, ötən həftənin əvvəlində Fellucada hərbi bazada yerləşən İraq Ordu bölümü ilə mərkəzin əlaqəsi kəsilib. İŞİD döyüşçüləri yola nəzarət edən iki tankdan birinin yanacaq doldurmaq məqsədi ilə yerini tərk etməsindən istifadə edərək yolu nəzarətə keçirib. Nəticədə hərbi hissə ilə mərkəz arasında əlaqə kəsilib. Yüzlərlə hərbçi faktiki mühasirəyə düşüb.
Mühasirəyə düşənlərdən biri Heydər Məcid xilas olduqdan sonra deyib: “Bizə kömək gəlmədi. Su və yemək yox idi. Daha sonra mərmilərimiz sona çatmağa başladı. Generallarımıza, komandirlərimizə, parlamentdəki deputatlarımıza dönə-dönə zəng vurduq. Ancaq onlar bizi ölümün ağzına qurban kimi atmışdılar”.
Mühasirəyə düşənlər general Rəşid Fleyha müraciət ediblər. O, əl-Ənbar vilayətində İraq ordusuna rəhbərlik edir. General bu məsələ ilə bağlı deyib: “Bilirsiz, əsgərlər niyə şikayət edirlər? Çünki onlara mühasirəyə alınmış bazada qulluq etmək darıxdırıcı görünür”. General həmçinin bildirmişdi ki, sözügedən hərbi bazaya lazım olan yüklər çatdırılır. Ancaq həmin vaxtı əsgərlər duzlu su içmək zorunda qalmışdı.
Mühasirədə olan bazaya hücum ötən həftə həyata keçirildi. Əsgərlərə radio vasitəsi ilə daxil olan xəbərdə deyilirdi ki, onları mühasirədən çıxarmaq üçün zirehli texnika bazaya doğru hərəkət edir.
Bu xəbərdən sonra hərbi bazanın qarşısında İraq ordusuna məxsus hərbi texnika göründü. Maşınlarda isə İraq ordusuna məxsus paltar geyinmiş şəxslər oturmuşdu.
Kapitan Əhməd Hüseyn deyir: “Biz elə düşündük ki, bu, bizə vəd olunan hərbi dəstədir. Hərbi karvanın önündə isə 3 ədəd “Hammer” markalı maşın gəlirdi. Biz onları içəri buraxdıq”.
Həmin maşınlardan biri hərbi bazanın ortasında partladı. İkisi isə bazanın girişində göyə sovruldu. Ancaq əsas texnikanın bazaya girişinin qarşısını ala bildik. Maşınları intiharçı İŞİD döyüşçüləri özləri partlatdı. Bu vaxt intensiv atışma başladı.
Hüseyn öz əsgərlərinə belə deyib: “Biz onsuz da burada öləcəyik. Mühasirədən çıxmağa ən azı cəhd göstərməliyik”. Nəticədə 400 əsgər od-alovun içindən sıyrılıb çıxa bilib. Sonra onlar 3 qrupa bölünərək Salakviyaya özlərini çatdırıblar. Düzdür, geriyə yalnız hərbçilərin yarısı dönə bilmişdi.
Əsgərlər mühasirəni yarıb keçdikdən sonra İraq ordusu tərəfindən onlara yardım üçün göndərilən hərbi karvanın qalıqları ilə qarşılaşıblar. Həmin karvan İŞİD tərəfindən məhv edilibmiş.
Hadisədən az sonra deyilirdi ki, Salakviyada 200 əsgər qurban gedib, 400 əsgər isə itkin düşüb. Ancaq general Rəşid Fleyha bununla razılaşmayıb, “ölənlərin sayı bir əldəki barmaqların sayından çox deyil”, söyləyib.
Az sonra isə beynəlxalq mediada yayılan xəbərlərdən məlum oldu ki, Salakviyada 300 nəfər İraq əsgəri İŞİD tərəfindən məhv edilib.
Elbəyi Həsənli, Sürix
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kənan Doğulunun konsertindən yaddaqalan anlar- Fotolar

Next Post

İsrailə qarşı yeni ordu yaradılır

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

İsrailə qarşı yeni ordu yaradılır

“Bu, islama qarşı bir döyüşdür”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.