Terror təşkilatı olan İŞİD Türkiyə ilə sərhəddəki Kobaniyə hücum edib. Müxtəlif istiqamətlərdən şəhərə daxil olan terrorçu qruplaşma bomba dolu avtomobillərdən də istifadə edib. Ərazidə bir neçə qruplaşma arasında qarşıdurma da yaranıb. Hücumun səbəbi tam olaraq bilinmir.
Şəhərdə partlayışlar da törədilib. İlkin məlumata görə, 12 nəfər ölüb, 70-dən çox adam isə yaralanıb. Yaralılar iki bölgədən Türkiyəyə aparılır. Partlayışdan sonra bir qrup suriyalı Türkiyə sərhəddində toplanıb. Digər tərəfdən, təhlükəsizlik qüvvələri sərhəd xəttində nəzarəti gücləndirib.
Musavat.com



