Livan ordusunun hərbçiləri “İraq Şam İslam Dövləti”-nin başçısı Əbu Bəkir əl-Bağdadinin arvadını və oğlanlarından birini saxlayıb.
Elchi.az-ın “Bi-Bi-Si”-yə istinadən məlumatına görə, Livan hakimiyyəti həmin qadının adını və etnik mənsubiyyətini açıqlamaqdan imtina edərək, yalnız Bağdadinin xanımı ola biləcəyinin bildirib.
Qadın və oğlu Suriya sərhədini keçərkən, saxlanılıblar.



