"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İŞİD Misirlə “qonşu” olur

16 Fevral 2015 - 20:25
in XƏBƏR LENTİ

img1738601İŞİD Misirlə “qonşu” olur
Liviyada 21 misirlinin öldürülməsindən sonra Misir ordusu Liviya ərazisindəki İŞİD mövqelərini bombalamağa başlayıb, Sisi hökuməti İŞİD-lə savaşa cəlb olunur
Liviyada çalışan və ötən ilin noyabr-dekabr aylarında İŞİD tərəfindən girov götürülən misirli fəhlələr vəhşicəsinə edam olunub. Liviyanın Siirt şəhərində girov götürülən 21 nəfər Misir vətəndaşı xristian-qibtinin edam görüntüləri artıq internetdə yayılıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Edam səhnəsi, daha əvvəlki səhnələrdə olduğu kimi, professional çəkiliş heyəti tərəfindən lentə alınıb, dəniz kənarına gətirilən xüsusi narıncı geyimdəki 21 misirli qibti edam edilib. Edamdan əvvəl çıxış edən üzüörtülü terrorçu qibtilərin səlibçilərin müsəlmanlar üzərinə yürüşünə cavab olaraq edam edildiyini bəyan edib.

Edam görüntüləri yayıldıqdan sonra Misirdə 7 günlük matəm elan olunub. Prezident Əbdülfəttah əs-Sisi bəyan edib ki, İŞİD-in ölkə vətəndaşlarına hücumunun qisası alınacaq. Eyni zamanda bildirib ki, Misir dövləti cinayətə görə qisas almaq hüququnu özündə saxlayır.
Ötən gün Misir hərbi hava qüvvələri Liviyanın şərqində yerləşən İŞİD mövqelərini bombalayıb. Misir qırıcılarının Liviyaya hücumunu göstərən videokadrlar yayılıb.

Misir prezidenti xarici işlər nazirini BMT-də qərar verən ölkələrlə müzakirələr aparmaq üçün ABŞ-a göndərdiyini bildirib. Eyni zamanda o, ölkə vətəndaşlarına Liviyaya getməməsi üçün hökumətə təlimat verildiyini qeyd edib. Bundan başqa İŞİD Misirin Sina yarımadasında da öz varlığını göstərib və ötən bir neçə ayda Misir ordusuna bir neçə dəfə hücum edib. “Ənsar Beyt əl-Maqdis qruplaşması ötən ilin payızında İŞİD-ə beyət edib və terror hücumlarını İŞİD adına həyata keçirir. İŞİD-in Liviyada Misirə hücum etməsi faktiki olaraq Misiri bu qruplaşma ilə savaşa cəlb etmiş sayılır.

Misirin nüfuzlu “əl-Əzhər” Universiteti 21 nəfər misirli xristianın öldürülməsini qınayan açıqlama yayıb. Açıqlamada bir daha günahsız insanların öldürülməsinin İslam və ya başqa bir dinlə əlaqəsinin olmadığı vurğulanır.

Fələstin hökuməti isə ölkədə 3 günlük matəm elan edib. Fələstin prezidenti Mahmud Abbas isə baş verən hadisə ilə bağlı Misir prezidentinə başsağlığı mesajı göndərib.

ABŞ hökuməti də Liviyada 21 Misir vətəndaşının öldürülməsini qınayan açıqlama verib. Ölənlərin ailələrinə başsağlığı verilən açıqlamada İŞİD-in qəddarlığını sərhəd tanımadığı, din, məzhəb və irqi fərq qoymadan hər kəsə hücum etdiyi qeyd olunur. Eyni zamanda açıqlamada Liviyada siyasi həll prosesinin tezləşdirilməsi çağırışı yer alır.

İordaniya hökumət sözçüsü Məhəmməd Mumani yazılı açıqlama yayaraq rəsmi Ammanın İŞİD-in 21 misirlini öldürməsini qınadığını bəyan edib. Açıqlamada İordaniyanın qardaş Misirlə birgə olduğu qeyd olunur. Ərəb Liqası baş katibi Nəbil Ərəbi də başsağlığı mesajı yayaraq İŞİD-in növbəti terrorunu qınayıb.

Azərbaycan XİN 21 nəfər Misir vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsini pisləyən bəyanat verib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Misir vətəndaşlarının terrorçular tərəfindən qətlə yetirilməsinə dair açıqlamasında deyilir ki, “terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası Misir xalqının kədərinə şərik çıxır və bir daha terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir”.

Qeyd edək ki, 2011-ci ildə başlayan üsyan sonrasında Liviyada daxili müharibə alovlanıb. Müharibə həmin ilin payızında diktator Qəzzafinin öldürülməsindən sonra da dayanmayıb. Sonrakı illərdə Liviyada seçkilər keçirilməsinə və hökumət qurulmasına baxmayaraq ötən ilin əvvəlində yerli islamçı qruplarla dünyəvi hökumət tərəfdarları arasında münaqişə yaranıb. Ötən ilin yayında isə Liviya faktiki olaraq radikal islamçı qruplarla dünyəvilik tərəfdarları arşında bölünüb. Vətəndaş müharibəsinin davam etdiyi Liviyada çoxlu sayda silahlı qruplar mövcuddur. Əsas qüvvə isə mülki hökumətin tərəfdarı olan silahlılar və “Müsəlman Qardaşlar” Hərəkatına yaxın olan və hazırda Misrata bölgəsində qərarlaşan, ölkənin yarısına nəzarət edən islamçılardır. Ancaq Liviyada islamçı qruplaşmaların sayı çoxdur, eləcə də ayrı-ayrı tayfaların hər birinin silahlı dəstələri var.

İŞİD Liviyaya gəlməsi isə nisbətən yeni hadisədir. Ötən il oktyabrda Liviyanın Misirlə sərhədə yaxın Dərnə şəhərində bir qrup radikal islamçı silahlı şəhərdə yürüş keçirərək İŞİD lideri Əbubəkr əl-Bağdadiyə beyət (tabe) olduqlarını elan edib. Eyni zamanda Bağdadi Dərnə şəhərinin xəlifəsi elan olunub.

Qeyd edək ki, “ərəb baharı” başlayana qədər Liviyada bir milyondan artıq Misir vətəndaşı müxtəlif işlərdə çalışıb. 90 milyona yaxın əhalisi olan və işsizlikdən əziyyət çəkən Misir əhalisi Liviya kimi neft zəngini ölkələrdə müxtəlif işlərdə çalışıblar. Ancaq müharibənin başlamasından sonra misirli işçilərin bir çoxu geri qayıtsa da, hələ də Liviyada çoxlu sayda misirlilər çalışır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

«İrşad Telekom»dan vətəndaşlara «qarantiya» fırıldağı – Müştəriləri necə aldadırlar – Nazirliyə və məhkəməyə müraciət olunur

Next Post

Türkiyədə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkiyədə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək

Ukraynanı dağıdan QRU polkovniki: “Kakoy-nibud Surət Hüseynov...”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.