
İŞİD üzvü iki kamikadzenin Hələb şəhərinə təşkil etdiyi hücum nəticəsində 3 nəfər ölüb.
Avropa.info xəbər verir ki, hücum Hələbin Mari rayonunda mövqe tutan müxalif qüvvələrinə qarşı olub. Müxaliflər yerləşdikləri blokpostun yaxınlığına bomba qoyulduğunu fərq edincə İŞİD üzvlərinə atəş açıblar. Partlayış nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bundan başqa İŞİD Suriya müxalifətinin yerləşdiyi Azez rayonunun Malkiye kəndinə hücum edib. Bomba dolu maşının partladılması nəticəsində müxaliflərin bir qismi yaralanıb, düşərgəyə ziyan dəyib.



