İŞİD terror təşkilatı Türkiyənin cənubunda yerləşən Müşritpınar gömrük darvazasına işərisinə partlayıcı quraşdırılmış avtomobilərlə hücuma
keçib.
Publika.az-ın məlumatına görə, hücum zamanı sərhəd qapılarına ziyan dəyib.
Hadisədən sonra Türkiyə Silahlı Qüvvələri hərəkətə keçib. Türkyə mətbuatının yazdığına görə, Kobani istiqamətində çoxlu sayda zirehli texnika hərəkət edir.
Sərhəd bölgələri boşaldılır. Xəbərlərə görə, mətbuat nümayəndələri də daxil olmaqla heç kəs əraziyə buraxılmır.



