"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İşığa gedən yol”

21 İyul 2016 - 12:57
in SEÇMƏ XƏBƏRLƏR

Sona Vəliyevanın “İşığa gedən yol” romanı çapdan çıxdı

Sona Vəliyevanın “İşığa gedən yol” romanı çapdan çıxdı

Yazıçı Sona Vəliyevanın Milli Mətbuatın banisi Həsən bəy Zərdabinin həyatından bəhs edən “İşığa gedən yol” romanı bu yaxınlarda işıq üzü görüb.

Sona Vəliyevanın “İşığa gedən yol” romanı çapdan çıxdı

Yazıçı Sona Vəliyevanın Azərbaycan Milli Mətbuatının banisi, “Əkinçi” qəzetinin baş redaktoru Həsən bəy Zərdabinin həyatından bəhs edən “İşığa gedən yol” romanı barədə təəssüratlarını bölüşən Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid əsəri 22 iyul – Milli Mətbuat Gününə sanballı hədiyyə adlandırıb:

“Sona xanımın bu romanını Mətbuat Günü ərəfəsində, çox böyük zövq ala-ala oxumağa başladım. Romanda Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin Zərdabda keçirdiyi uşaqlığından, Şamaxı, Tiflis və Moskvada təhsil aldığı illərdən başlayaraq keçdiyi uzun, keşməkeşli həyat yolu əks olunur. Əsərdə Həsən bəy Zərdabinin Moskva Dövlət Universitetini bitirəndən sonra Tiflis və Bakıda məmur, Qubada isə müəllim kimi fəaliyyət göstərməsi təsvir edilir. Realnı Gimnaziyada dərs dediyi vaxtlarda Həsən bəyin Azərbaycanda ilk dəfə kasıb ailələrin uşaqlarının təhsilə cəlb olunması üçün Xeyriyyə Cəmiyyəti yaratmaq niyyəti ilə müxtəlif bölgələrə – Şamaxı, Gəncə, Tiflis, İrəvan və Naxçıvana səfərlərindən bəhs edilir. Müəllif Həsən bəyin bu səfərlərini işıqlandırarkən həm adıçəkilən bölgələrin tarixinə dair qiymətli informasiyaları oxucuların diqqətinə çatdırır, həm də həmin dövrün ziyalıları, nüfuzlu, imkanlı şəxsləri barədə dolğun təəssürat yaradır. Həsən bəy Zərdabinin dostluq etdiyi o dövrün görkəmli ziyalıları – Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani və digər tanınmış insanlar, eləcə də öz tələbələri – Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqaları ilə apardığı fikir mübadilələrində maarifçilik ideyalarının ilk qığılcımlarının necə yaranması da romanda öz əksini tapır. Bundan başqa, əsərdə həmin dövrün olayları, ziyalı mühiti, həmçinin ilk Azərbaycan qəzetinin yaranması ideyası və bu ideyanın gerçəkləşdirilməsi prosesi də peşəkarlıqla əks olunub. Əsər bədii cəhətdən də mükəmməldir, oxunaqlıdır. Müəllif yazıçı priyomlarından ustalıqla istifadə edərək oxucunu həyəcanda saxlaya bilir. Hesab edirəm ki, bu roman Milli Mətbuat Gününə gözəl bir hədiyyədir”.

R.Məcid onu da bildirib ki, bu əsər barədə qısa müddətdə baş redaktoru olduğu “525-ci qəzet”də tanınmış alim və ədəbiyyatşünasların yazıları dərc edilib: “Cahangir Məmmədli, Vaqif Yusifli, Flora Xəlilzadə kimi tanınmış ziyalılar bu əsər barədə geniş yazılar yazaraq ürək sözlərini deyiblər. Hesab edirəm ki, bu roman gələcəkdə Həsən bəy Zərdabi barədə bədii filmin çəkilməsi üçün yaxşı bir materialdır. Təkcə ziyalılar, mətbuat adamları üçün yox, ən müxtəlif səviyyəli oxucu kütləsi, xüsusi ilə gənclər üçün ibrətamiz, sanballı bir əsər yaratdığına görə müəllifi təbrik edirəm”.

Daha ətraflı Tezis.az-da:
http://tezis.az/medeni-seviyye/4911-sona-veliyevanin-isiga-geden-yol-romani-capdan-cixdi.html – See more at: http://tezis.az/medeni-seviyye/4911-sona-veliyevanin-isiga-geden-yol-romani-capdan-cixdi.html#sthash.luf0JMni.dpuf

Bunu da oxuyun

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Referendum nə vaxt keçiriləcək

Next Post

Hava yenidən dəyişir – Yağış yağacaq

Bənzər yazılar

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

19 Fevral 2024 - 20:25

COP29 konfransı qlobal iqlim müzakirələrinin ön sıralarında uşaqlara və gənclərə yer verilməsi baxımından Azərbaycanın aparıcı rol oynaması üçün xüsusi fürsət...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

29 Avqust 2021 - 23:58

Əli Əliyevin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı irəli sürdüyü ittihamlara BAXCP sədrinin müavini Əli Həziquliyev Xalq Cəbhəsi.az saytında cavab...

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

26 Avqust 2021 - 11:48

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Elchi.az saytının baş redaktoru Əli Həziquliyevin Publika.az-a müsahibəsi: - Əli bəy, Əli Həsənovun intim...

Next Post

Hava yenidən dəyişir - Yağış yağacaq

Ermənistanın mədəniyyət xadimlərinin Jirayr Səfliyana müraciəti olub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.