“Azərişıq” ASC açıqlama verib
IV İslam Həmrəylik Oyunlarının keçiriləcəti günlərdə elektrik enerjisinin təchizatı ilə hər hansı problem yaşanmayacaq. Bütün idman və əyləncə obyektləri fasiləsiz elektrik enerjisi ilə təchiz ediləcək.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev İstiPress-ə bildirib ki, hazırlıq işlərinə hələ iki il əvvəldən başlanılıb: “Bu məqsədlə cəmiyyətin sədri Baba Rzayev tərəfindən müvafiq əmr və sərəncamlar. Həmin əmr və sərəncamların icrası ilə əlaqədar idman yarışlarının və məşqlərinin keçiriləcəyi obyektlərin, ölkəmizə gələcək nümayəndə heyətlərinin, o cümlədən qonaqların təşrif buyuracağı mehmanxanaların, parkların, ictimai iaşə, mədəniyyət, əyləncə və digər obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti yoxlanılıb, elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Xüsusən, İslam Həmrəylik Oyunlarının açılış və bağlanış mərasimlərində tələb olunan keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatı ilə bağlı xüsusi tədbirlər görülüb. İşin operativliyini təmin etmək məqsədi ilə “Azərişıq” üzrə Mərkəzi Qərargah yaradılıb, məsul şəxslər də cəlb olunmaqla tam əhatəli Tədbirlər Planı hazırlanaraq işlək hala gətirilib. Bu məqsədlə idman oyunlarının keçiriləcəyi yerləri, habelə bununla bağlı digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələrində qurlaşdırılan rele mühafizəsi, aftomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi, yarışlarda növbə çəkəcək əməliyyat heyəti və məsul şəxslərin təkrar treninqlərə cəlb olunması və əks-qəza məşqlərinin keçirilməsi ptosesi tam təmin edilib. Keçirilən əks-qəza məşqləri heyətin operativ sxemlərini və imkanlarını nə dərəcədə bildiklərini aşkar etməyə imkan verib, eləcə də, operativ məlumatların alınması və sərəncamların verilməsi vərdişlərini aşılayıb. Treninqlərdə həmçinin operativ heyətin şərti hərəkəti üzrə keçirilən əks-qəza məşqləri zamanı yanğın, qəza və diğər mümkün fövqəladə hallar barədə təlimatlar verilib. Ümumilikdə əks-qəza məşqlərini ümumilikdə İslam Həmrəylik Oyunlarının baş tutacağı 17 əsas və 6 köməkçi obyekti qidalandıran 25 yarımstansiya və 12 transformator məntəqəsində 292 nəfər personal iştirak edib”.
Yarışların keçiriləcəyi günlərdə elektrik enerji təchizatında fasiləsizliyi təmin edəcək məsələlərin operativ həll olunması üçün Azərbaycan IV İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi ilə koordinasiyalı fəaliyyətin təşkili sistemləşdirilib. Bütün zəruri işləri tam sona çatdırıb. Hazırda həm dislokasiyalarda, həm arenalarda, həm yarımstansiyalar və transformator məntəqələrindəki personal hazır vəziyyətdə yarışların başlamasını gözləyir”.
Elchi.az



