İslandiya hökuməti İslandiyanın Qida və Baytarlıq İdarəsinin hesabatında balinaların öldürülməsinin ölkədə icazə veriləndən daha uzun sürdüyü qənaətinə gəlməsindən sonra üzgəcli balina ovunu avqustun 31-dək dayandırıb.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Uzunluğu 20 metrdən çox olan üzgəcli balinaların ovlanması 1986-cı ildə moratoriumdan sonra 2006-cı ildə İslandiyada yenidən başlayıb. İslandiya, Norveç və Yaponiya ilə birlikdə, hələ də ticari balina ovuna icazə verilən azsaylı ölkələrdən biridir.
Ərzaq, Kənd Təsərrüfatı və Balıqçılıq naziri Svandis Svaarsdottir verdiyi açıqlamada qeyd edib:
“Mən bütün balina əməliyyatlarını dayandırmaq qərarına gəldim. Səlahiyyətlilər və lisenziya sahibləri rifah tələblərinin yerinə yetirilməsini təmin etmədikcə, bu fəaliyyət gələcəkdə davam edə bilməz”.
Svaarsdottir gələcəkdə balina ovuna əlavə məhdudiyyətləri araşdırmaq üçün balina ovu üzrə mütəxəssislərdən və lisenziya sahiblərindən məlumat almaq niyyətində olduğunu söyləyib.
Yeganə




