İspaniyalı yarımmüdafiəçi Karlos Anos Azərbaycanın “Xəzər adaları” futzal klubuna keçir. Fanat.az xəbər verir ki,
bu barədə o, özü İspaniya mətbuatına açıqlama verib.
bu barədə o, özü İspaniya mətbuatına açıqlama verib.“Peniskol” klubundan ayrılıb Azərbaycana gələcək oyunçu “Xəzər adaları”dan yaxşı təklif aldığını deyib: “Elə bir təklif almışdım ki, bundan imtina edə bilməzdim. Bunu əvvəlki təkliflərlə müqayisə etmək olmaz. Ümid edirəm ki, Azərbaycandakı həyat mənim üçün çox yaxşı təcrübə olacaq. Ora gedən kimi hər şeyin necə gözəl olduğunu gördüm. Bakıda həyat çox yaxşıdır. Yaxınlarda Azərbaycan haqqında sənədli filmə də baxdım. Yerli atmosferi tanımaq baxımından bunun mənə çox köməyi oldu”.



