İspaniya hökuməti Ukraynaya səhra xəstəxanası ilə yanaşı, 20 zirehli maşın verəcək.
Elchi.az Armenpress.am-a istinadən xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Marqarita Robles bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zirehli texnika ilk olaraq iyunun 19-da Polşaya gələcək və artıq gələn 40 avtomobil, həmçinin təmirdə olan 4 “Leopard 2A4” tank sırasına əlavə olunacaq.
Robles həmçinin Kiyevə səhra xəstəxanasının veriləcəyini açıqlayıb: “Onun çatdırılmasından əvvəl ukraynalı hərbçilərin İspaniyada təlim keçməsi planlaşdırılır”.
Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri İspaniya hökuməti müxtəlif silahlarla Kiyevə hərbi yardım edib. Bundan əlavə, Madrid artıq 6 “Leopard” tankını Kiyevə çatdırıb.
Yeganə




