Kataloniyanın separatçıların 2017-ci ildə hökumət qurmaq cəhdi ilə əlaqədar İspaniya sosialistlərinin qəbul etdiyi amnistiya qanununa qarşı bu gün 170 minə yaxın insan İspaniya bayraqları ilə Madriddə yürüş edib.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
İspaniya şəhərlərində amnistiya əleyhinə keçirilən bir sıra etirazların sonuncusu olan nümayiş, Kataloniya və Bask millətçi partiyalarının dəstəklədiyi İspaniyanın Sosialist Baş naziri Pedro Sançesin amnistiya müqabilində 4 il müddətinə seçilməsindən iki gün sonra keçirilib.
Əllərində “Sançes xaindir” və “İspaniyanı satmayın” yazılmış plakatlar tutan etirazçılar dörd məhkəmə birliyinin, müxalif siyasi partiyaların və biznes liderlərinin qanunun aliliyinə və hakimiyyət bölgüsünə təhdid yaratdığını bildirən qanuna qarşı nümayiş keçiriblər.
Amnistiyaya 2017-ci ildə pik həddinə çatan müstəqillik mübarizəsində iştirak edən təxminən 400 nəfər, o cümlədən separatçılar, eləcə də fəallarla toqquşmalarda iştirak edən polislər daxil olacaq.
Müstəqillik referendumu məhkəmələr tərəfindən qeyri-qanuni hesab edildi və İspaniyada son onilliklərin ən pis siyasi böhranına səbəb oldu.
Cümə axşamı günü parlamentdə keçirilən səsvermədə 179 əleyhinə 171 səslə yeni hökumətin qurulmasını qazanan Sançes qanunu müdafiə edərək, amnistiyanın Kataloniyadakı gərginliyi azaltmağa kömək edəcəyini deyib.
Etirazçılar, o cümlədən neo-nasist qruplar, razılaşma elan edildikdən sonra Madriddəki Sosialistlərin qərargahı yaxınlığında ardıcıl 15 gecə səs-küylü nümayişlər keçirdilər. Polislə toqquşmalar baş verib, nəticədə zabitlər və etirazçılar xəsarət alıb, lakin etirazlar əsasən dinc xarakter daşıyıb.
Yeganə






