İspaniyanın baş naziri Pedro Sançes yaxın vaxtlarda israilli həmkarı Benyamin Netanyahuya məlumat verəcək ki, Madrid tezliklə Fələstin dövlətini tanıya bilər. Elchi.az xəbər verir ki, bu barədə “El Confidencial” qəzeti ispan siyasətçinin İsrailə səfər planı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
“Sançes Netanyahuya deyəcək ki, əgər İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında əməliyyatı başa çatdıqdan sonra münaqişənin həlli ilə bağlı Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqlar bərpa olunmasa, onun hökuməti Fələstini tanıyacaq”- deyə mənbə bildirib.
İspaniyanın Avropa İttifaqı Şurasına sədrliyi başa çatana qədər bunu etməyəcəyi qeyd edilir.
Havar Şəfiyeva






