İspaniyanın baş naziri Pedro Sançes Krallığın Aİ Şurasına sədrliyinin ilk günündə Kiyevə gedib. Elchi.az xəbər verir ki, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.
Bundan əlavə, İspaniyanın baş naziri Kiyevə dəstək və Avropa həmrəyliyi sözlərini bildirib. Sançes qeyd edib ki, İspaniya və bütövlükdə Aİ Avropa ölkələrində sülh bərpa olunana qədər Ukraynaya kömək etməyə davam edəcək.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Xosep Borrell bildirib ki, İspaniyanın Aİ Şurasına sədrliyi dövründə Ukrayna münaqişəsi ilə bağlı çox mühüm hadisələr gözlənilir.
Havar Şəfiyeva





