Fələstin-İsrail münaqişəsi fonunda ispanların Ukraynadakı vəziyyətə marağı azalıb. Elchi.az xəbər verir ki, bunu İspaniya Sosioloji Araşdırmalar Mərkəzinin sorğusunun nəticələri sübut edir.
Beləliklə, Ukraynadakı münaqişə İspaniya ictimaiyyətini narahat edən ən aktual məsələlər siyahısına daxil edilməyib. İspanların 16,1 faizi hətta Ukrayna məsələsi ilə bağlı heç bir narahatçılığın olmadığını bəyan edib.
Sorğu həmçinin göstərib ki, ispanlar İsraillə HƏMAS arasındakı münaqişəyə maraqlarını itirməyə başlayıblar. lakin Qəzza zolağındakı vəziyyət respondentləri Ukrayna böhranından iki faiz çox narahat edir.
Havar Şəfiyeva






