"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İSRAİL ƏRƏB ÖLKƏLƏRİNƏ və İRANA MÜHARİBƏ ELAN EDİR… – Təhlükəli eskalasiya

27 Avqust 2019 - 15:29
in DÜNYA

Son bir neçə gün ərzində İsrail Suriya, Livan və İraqa hava zərbələri endirib. Bütün hücumların məqsədi eynidir-İranın Yaxın Şərqdəki fəallığına son qoymaq. Ərəb ölkələrində isə İsrailin hərəkətlərini müharibə elan edilməsi kimi dəyərləndirirlər. İran hakimiyyəti və onun müttəfiqləri-“Hizbullah” və “Haşdi Şabi” qruplaşmaları isə İsrailin hərəkətlərinin cavabsız qalmayacağını, cavab zərbələri endirəcəklərini bəyan edir.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Virtualaz.org xəbər verir ki, bu sətirlər “Kommersant” qəzetinin məqaləsindən götürülüb. Xatırladaq ki, İraq ərazisində İrana bağlı “Haşdi Şabi” qruplaşmasının bazalarına dalbadal zərbələr endirilib, habelə İsrail müntəzəm olaraq Suriya ərazisində İrana bağlı qruplaşmaların bazalarını vurur. Bu hücumlar nəticəsində hər dəfə İranın İnqilab Keşikçiləri Korpusu da itkilər verir. Nəhayət İsrail aviasiyası avqustun 26-da Livanın Suriya ilə həmsərhəd ərazilərinə zərbə endirib. Hədəf yenə İrana bağlı qruplaşma olub.

“Bu baş verənlər müharibə elan edilməsini xatırladır və bizə öz suverenliyimizi, müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumaq haqqı verir”,-Livan prezidenti Mişel Aun son iki gündə baş verən hadisələri belə şərh edib.

Ərəb KİV-lərinin xəbərlərinə görə son iki gündə İsrail təyyarələri Livanın hava sərhədlərini bir neçə dəfə pozub. Gecə saat 01.00 radələrində İsrail pilotsuz təyyarələri Bekaa vadisində “Fələstinin azadlığı uğrunda Xalq Cəbhəsi-Baş komandanlıq” adlı qruplaşmanın bazasına üç zərbə endirib.

Gündüz saatlarında isə İsrail aviasiyası “Hizbullah”n bazasının yerləşdiyi Baalbek bölgəsi üzərində kəşfiyyat uçuşları həyata keçirib. Ötən bazar günü isə partlayıcı daşıyan iki kvadrakopter Beyrutun cənubuna, “Hizbullah”ın nəzarətində olan əraziyə düşüb. Hərçənd həmin kvadrakopterlərin İsrailə aid olduğu şübhə doğurur. İsrail onların İrana məxsus ola biləcəyini açıqlayıb.

Suriya ərazisinə zərbələr barədə isə İsrail daha ətraflı bəhs edir. Ötən həftə sonu İsrail aviasiyası İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” briqadasının Suriyadakı obyektlərini vurub. Bu hücum preventiv xarakter daşıyıb, İsrail komandanlığı bildirib ki, zərbələr İran qüvvələrinin İsrailə tərəf kamikadeze-dronlar buraxmağa hazırlaşması ilə bağlı endirilib. “İranın heç yerdə immuniteti yoxdur, bizim qüvvələrimiz İran təcavüzünə qarşı hər sektorda fəaliyyət göstərir”,-baş nazir Benyamin Netanyahu bildirib.

“Hizbullah” lideri Həsən Nəsrallah isə Suriya ərazisndə vurulan obyektlərin İrana deyil, onun hərəkatına aid olduğunu, İsrailə cavab zərbələri endiriləcəyini bildirib.

Habelə ötən bazar günü İraqın Suriya ilə həmsərhəd Əl-Qaim şəhərində şiə qruplaşmalarının bazası vurulub, bu hücum zamanı o cümlədən “Hizbullah Briqadası”nın komandirlərindən biri həlak olub.Bağdadda onun dəfninə yülərlə adam qatılıb. Nəhayət həftənin əvvəlində İraq XİN bəyan edib ki, İsrailin hücumlarına görə BMT Təhlükəsizlik Şurasına müraciət edəcək.

Yaxın Şərq üzrə analitiklər qeyd edirlər ki, bu təhlükəli eskalasiya situasiyanın nəzarətdən çıxmasına və irimiqyaslı müharibəyə səbəb ola bilər. İsrail baş naziri B.Netanyahu isə son çıxışlarından birində beynəlxalq ictimaiyyəti İrana təsir göstərməyə çağırıb. Onun sözlərinə görə, İran İsraili məhv etmək planlarını həyata keçirmək üçün onun sərhədləri boyu Suriya, İraq, Livan ərazisində bazalar qurur.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Müsbət dəyişikliklərin açarı Vaşinqtondadır” – Həsən Ruhani

Next Post

Reyd zamanı 85 sürücü saxlanılıb

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Reyd zamanı 85 sürücü saxlanılıb

Reyd zamanı 85 sürücü saxlanılıb

Bu dövlət qurumunda 926 nəfər işdən çıxarıldı

Bu dövlət qurumunda 926 nəfər işdən çıxarıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.