İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində biri qadın olmaqla 14 fələstinlini nəzarətə götürüb.
Elchi.az xəbər verir ki, mövzu ilə bağlı Fələstin Əsirlər Dərnəyindən yazılı açıqlama verilib.
Açıqlamaya görə, İsrail qüvvələri Ramallah, Nablus, Cenin, Hebron və Yerixodan biri qadın olmaqla 14 nəfəri saxlayıb.
İşğal altındakı İordan çayının qərb sahili İsrail ordusunun basqınları və yəhudi məskunlaşanların hücumları və hüquqlarının pozulması səbəbindən aylardır ciddi gərginliklərə səhnə olub.
Şayəstə Hüseynova




