İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 16 fələstinlini həbs edib.
Elchi.az xəbər verir ki, İsrail ordusu İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Kalkiya şəhərinin şərqindəki Kefr Kaddum qəsəbəsində 7 nəfəri nəzarətə götürdüyünü açıqlayıb.
“Terror əməliyyatı” olduğu iddia edilən açıqlamaya görə, Tulkerem, El Khalil, Bethlehem, Ramallah və Jericho şəhərlərinin müxtəlif bölgələrində həyata keçirilən reydlər zamanı 9 nəfər saxlanılıb.
Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Ayrılıq Divarı (Utanc Divarı) və Yəhudi Məskənləri ilə Mübarizə Şurası tərəfindən edilən yazılı açıqlamada İsrail qüvvələri Şura sədri Murad İstivini də saxlayıb.
Açıqlamada İştivinin Kefr Kaddum qəsəbəsindəki evinə İsrail qüvvələrinin basqın etməsindən sonra İştivinin saxlandığı bildirilib.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.
Şayəstə Hüseynova






