İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərinə basqın zamanı bir fələstinlini öldürüb.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, “İşğal qüvvələrinin Ceninə hücumunda başından, sinəsindən və mədəsindən yaralanan Mustafa əl-Kestuni həyatını itirib”. ifadəsindən istifadə edilmişdir.
Açıqlamaya görə, Səhiyyə Nazirliyində çalışan adı açıqlanmayan 34 yaşlı qadın mədə və döş qəfəsinə dəyən 2 güllədən xəsarət alıb.
Ədəb şahidləri İsrail qüvvələrinin çoxlu sayda hərbi maşın və buldozerlə Ceninə basqın etdiyini bildirib.
Şahidlər onlarla fələstinlinin müqavimət göstərməyə çalışdığını və Fələstin silahlı qrupları ilə İsrail qüvvələri arasında toqquşmaların başladığını bildirib.
Hadisə şahidləri İsrail qüvvələrinin Ceninin mərkəzində bir çörək zavodunu partlatdığını və 2 fələstinlinin də nəzarətə alındığını bildirib.
Şayəstə Hüseynova




