İsrail Müdafiə Qüvvələri qüvvələri Həmas və onun yeraltı infrastrukturuna qarşı “dəqiq və məqsədyönlü əməliyyat” çərçivəsində Qəzza zolağında Əl-Şifa xəstəxanasının ərazisinə basqın edib. Elchi.az xəbər verir ki bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.
Qeyd olunur ki, hücumdan əvvəl tibb müəssisəsinin rəhbərliyi ilə əməkdaşlıq edərək xəstəxana işçilərinin və xəstələrin genişmiqyaslı təxliyəsinə şərait yaradıb.
Bundan əvvəl Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudra bildirib ki, İsrail Qəzza zolağı rəsmilərini Əl-Şifaya hücum etmək niyyəti barədə əvvəlcədən məlumatlandırıb. Qeyd olunub ki, İsrail hərbçiləri artıq tibb müəssisəsinin yaxınlığında mövqelər tutublar.
Havar Şəfiyeva






