İran parlamentinin sədri Məhəmməd Bəkr Qalibaf güc tətbiqini sionist rejimə müqavimət göstərməyin və onun Fələstinə təcavüzünü dayandırmağın yeganə yolu adlandırıb.
Elchi.az Tasnim xəbər agentliyinə istinadən bildirir ki, bazar günü İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqının Əlcəzairdə keçirilən 17-ci sessiyası çərçivəsində Qalibaf Əlcəzair Assambleyasının sədri İbrahim Buqali ilə görüşərək Fələstin məsələsini müsəlman dünyasının prioriteti hesab edib.
Qalibaf əlavə edib:
“Sionist rejim ancaq güc dili ilə tanış olduğu üçün bu rejimə qarşı tədbirlər görmək lazımdır ki, onu müsəlmanlar və islam ölkələrinin ərazilərinə qarşı təcavüzünü dayandırmağa məcbur etsin”.
O, həmçinin İran və Əlcəzair arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni proqram hazırlamağa çağırıb. Qalibaf əlavə edib ki, İran Əlcəzairin bir sıra sahələrdə ehtiyaclarını ödəyə bilər və Əlcəzair İslam Respublikasının Afrika dövlətləri ilə ticarət əlaqələrinə töhfə verə bilər.
Buqali öz növbəsində İran və Əlcəzairin islam ölkələri arasında aparıcı rolunu vurğulayaraq deyib ki, bu iki dövlət öz böyük təsirlərini nəzərə alaraq İslamın düzgün simasını göstərə bilər.
O, həmçinin Əlcəzairin Fələstinin işini və Fələstin hüquqlarının bərpasını dəstəklədiyini təsdiqləyib.
Yeganə





