İsrail 60-dan çox fələstinli məhbusu, o cümlədən İslami Cihad (Rusiya Federasiyasında qadağandır) üzvlərini HƏMAS ilə razılaşma çərçivəsində azad edilənlər siyahısına daxil edib.
Elchi.az xəbər verir ki, bu barədə məlumat İsrail Ədliyyə Nazirliyinin dərc etdiyi sənəddə yer alıb. Siyahıya 287 yaşı 18 və ya daha kiçik olan kişi və 13 qadın daxildir ki, onların da əksəriyyəti bıçaqlı silahla hücum etməkdə təqsirli bilinib.
Razılaşmanın 50 israilli girov və 150 fələstinlinin azad edilməli olduğu atəşkəsin ilk dörd günündən sonra uzadılması halında hamısı sərbəst buraxıla bilər.
Mətbuatda yayılan xəbərlərə görə, HƏMAS-ın qadın və uşaqlardan başlayaraq hər gün 12 nəfəri azad edəcəyi gözlənilir ki, onlar əvvəlcə Qırmızı Xaç, sonra isə İsrail hərbçilərinə təhvil veriləcək.
Razılaşma həmçinin HƏMAS daha çox məhbusu azad edəcəyi təqdirdə əlavə məhbusların azad edilməsi imkanını da ehtiva edir. Dörd günlük müvəqqəti atəşkəs haqqında razılaşma İsrail Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Buraya girovların dəyişdirilməsi və Qəzza zolağında hərbi əməliyyatların dayandırılması, humanitar yardım maşınlarının sərbəst buraxılması və İsrailin pilotsuz təyyarələrinin uçuşlarının dayandırılması daxildir.
Atəşkəsin dəqiq nə vaxt başlayacağı hələ bəlli deyil; çərşənbə günü səhər Qəzza zolağının bombalanması hələ də davam edirdi.
Şayəstə Hüseynova






