Bildirilib ki, İsrail administrasiyası ABŞ prezidenti Co Bayden də daxil olmaqla Fələstin-İsrail probleminin iki dövlət həllini müzakirə edən ABŞ-ın yüksək səviyyəli rəsmilərindən narahat olub və Vaşinqton administrasiyasını bu mövzuda açıq danışmamağa çağırıb.
Elchi.az xəbər verir ki, “Times of Israel” qəzetinin adı açıqlanmayan 4 İsrail və ABŞ rəsmisinə əsaslanan xəbərinə görə, İsrailli idarəçilər Bayden administrasiyasından şəxsi görüşlərində iki dövlət həllindən danışmamağı xahiş ediblər.
ABŞ rəsmisi bildirib ki, mesajı Vaşinqtonun “siyasi motivli kampaniya” apardığını düşündüyü üçün Bayden administrasiyasındakı təsiri məhdud olan Baş nazir Benyamin Netanyahu çatdırmayıb. İki İsrail rəsmisi, Benny Gantz və müxalifət lideri Yair Lapid də daxil olmaqla, Müharibə Kabinetinin digər üzvlərinin də Bayden administrasiyasının iki dövlətli həll zərurətinə dair yenidən canlanmış ritorikasından narahat olduqlarını ifadə etdi.
İsrail rəsmilərindən biri HƏMAS-ın 7 oktyabr hücumuna işarə edərək, “7 oktyabrda baş verənlərdən sonra iki dövlətli həll HƏMAS üçün bir mükafatdır” deyib.
Şayəstə Hüseynova





