İsrailin baş naziri Benyamin Netanyahu “Dəmir Qübbə” (Dəmir Günbəz) hava hücumundan müdafiə sisteminin Kiyevə köçürülməsindən imtina etməsini onun İran ərazisinə düşəcəyi qorxusu ilə izah edib .
Elchi.az xəbər verir ki, Netanyahu bu barədə “The Wall Street Journal”-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, başa düşmək lazımdır ki, İsrail Ukraynaya ötürülən İsrail silahlarının “sonunda İranın əlinə keçəcəyi” ehtimalından narahatdır . Netanyahu hesab edir ki, bu halda Tehran yəhudi dövlətinin özünə qarşı silah tətbiq edə biləcək.
Baş nazir xatırladıb ki, “Dəmir Günbəz” İsrailin yaşayış məntəqələrini vura bilən raketlərin 95 faizini vurur və bu, ölkəyə qurbanların sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
“Əgər bu sistem İranın əlinə keçərsə, milyonlarla israilli müdafiəsiz qalacaq və təhlükə qarşısında qalacaq”, – Netanyahu əmin edib.
Nuranə Məmmədova




