İsrail Əl-Əqsa məscidinin imamı Şeyx İkrime Səbrinin evinin sökülməsi ilə bağlı “evakuasiya” qərarı verib.
Elchi.az xəbər verir ki, İsrail işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsanın imamı Şeyx İkrime Səbrinin evinin sökülməsi üçün “təxliyə” əmri verib.
İsrail polisi və İsrail bələdiyyə rəsmiləri səhər saatlarında Şeyx Səbrinin yaşadığı binaya basqın ediblər. Basqın zamanı İsrail polisi Şeyx Səbrinin mənzilinin də yer aldığı binanın “lisenziyasız tikildiyi” əsası ilə söküləcəyi üçün sakinlərə təxliyyə əmri verib.
Binada 17 mənzildə təxminən 100 nəfərin yaşadığını bildirən vəkil Zebarika təxliyə qərarının İsrailin Qəzza zolağına 58 gündür davam edən hücumları ilə eyni vaxta təsadüf etdiyinə diqqət çəkib.
Fanatik yəhudi təşkilatlarının son zamanlar Şeyx İkrime Sabriyə qarşı “çirkin təxribatlar” etdiyini qeyd edən Zebarika, “Görünür, bu təşkilatlar Şeyxin evinin sökülməsi üçün İsrail hakimiyyəti daxilindəki ünsürlərini səfərbər etməyə başlayıblar”-deyib.
Bildirilib ki, Şeyx Səbrinin vəkilləri İsrail məhkəməsi qarşısında azadlığa buraxılma qərarına etiraz etmək cəhdləri ediblər. Məscidül-Əqsanın imamı Şeyx Səbri illərdir İsrail polisi, məhkəmə sistemi və fanatik yəhudi təşkilatlarının hədəfində olub.
İsrail qüvvələri Şeyx Səbrinin evinə dəfələrlə basqın edərək onu ifadə verməyə çağırıb və dəfələrlə Məscidül-Əqsaya giriş qadağan edilib və xaricə çıxışı qadağan edilib.
Nuranə Məmmədova






