İsrail Müdafiə Qüvvələri Qəzza zolağındakı Əl-Şifa xəstəxanasının rəhbərinin sorğu-sual olunmaq üçün saxlanıldığını təsdiqləyib ki, bu xəstəxanadan radikal Fələstinin HƏMAS hərəkatı üçün komanda və idarəetmə mərkəzi kimi istifadə edildiyinə dair sübutlar var. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Onun rəhbərlik etdiyi xəstəxana HƏMAS-ın geniş terror fəaliyyətinin yeri olub”, – İsrail ordusu həbsə səbəb kimi deyib.
Bundan əvvəl İsrailin Əl-Şifa xəstəxanasının altında HƏMAS-ın böyük sığınacaq açdığı məlum olub. Xəstəxananın altında yerləşən tunellərdə kondisioner, mətbəx, vanna otağı və çarpayılar olan yaşayış yerləri var.
Havar Şəfiyeva






