Elchi.az xəbər verir ki, İsrail Qəzzanı bombalamağa başladığı 7 oktyabrdan bəri həbsxanalardakı fələstinli məhbuslara qarşı ağır sanksiyalar və cəzalar tətbiq edir.
Fələstinli Məhbuslar Dərnəyindən verilən açıqlamada, İsrailin mühasirədə olan Qəzzaya hücumlarına başladığı gündən bəri həbsxanalardakı fələstinlilərə qarşı tətbiqlərini “bir növ qisas və işgəncəyə” çevirdiyi bildirilib.
Açıqlamada həbsxanalarda səhər saat 6-dan axşam 18-ə qədər elektrik enerjisinin kəsildiyi, su və yemək qızdırıcıları da daxil olmaqla bütün elektron əşyaların yığıldığı qeyd edilib.
Şayəstə Hüseynova






