Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Svetlana Jurova bildirib ki, Rusiya həmişə Moskvanın şərtləri ilə Ukrayna ilə danışıqları bərpa etməyə hazır olub. Elchi.az xəbər verir ki, Lenta.ru ilə söhbətində o, İsrail və HƏMAS arasında gərginləşən münaqişənin Ukrayna böhranının həllinə təsirindən danışıb.
“Biz danışıqlara gəlməliyik. Bu, pisləşən Fələstin-İsrail münaqişəsindən təsirlənmir. Sadəcə olaraq, yəqin ki, Yaxın Şərq planetin indi yanan başqa qaynar nöqtəsi kimi insanları bir daha düşündürür ki, belə şeylərə yol vermək olmaz”, – deyə deputat qeyd edib.
Jurova xatırladıb ki, Rusiya müxtəlif mərhələlərdə Ukraynaya sülh danışıqlarını təklif edib.
“Ukrayna indi qəzəblənməyə başlayacaq, çünki onun da köməyə ehtiyacı var və dünya Yaxın Şərqə keçəcək. Ona görə də Vladimir Vladimiroviç deyir ki, bizim yanan ocağımızı söndürməyin vaxtı çatıb”.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva ilə danışıqlara başlamaq üçün Kiyev dialoqa qoyulan qadağanı aradan qaldırmalı olacaq. O, Ukrayna prezidenti Vladimir Zelenskinin sülh danışıqlarının əleyhinə fərman verdiyini xatırladıb.
Havar Şəfiyeva






