Vasitəçilər Fələstinin HƏMAS radikal qruplaşması tərəfindən azad ediləcək girovların siyahısını İsrailə təhvil veriblər. Elchi.az xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə mənbələrinə istinadən məlumat yayıb.
Bundan əvvəl HƏMAS Siyasi Büro rəhbərinin müavini Musa Əbu Mərzuk deyib ki, azad ediləcək 50 girovdan çoxu əcnəbidir.
Reuters-ə danışan Fələstin rəsmisi Həmas və İsrailin bu ay yenidən girovları məhbuslarla dəyişdirəcəyini bildirib. İki razılaşma Qəzza zolağında təxminən 240 Həmas girovundan 100-nün azad edilməsi ilə nəticələnəcək. Bunun müqabilində İsrail İsrail həbsxanalarında məhbus olan 300 fələstinlini azad edəcək.
Havar Şəfiyeva






