İsrail döyüş təyyarələrinin Livanın cənubunda Hizbullaha aid olduğunu iddia etdikləri bir hücrəni, müşahidə məntəqəsini və Aytarun kəndinin ətrafını bombaladığı açıqlanıb.
Elchi.az xəbər verir ki, İsrailin “Yedioth Aharonoth” qəzetinin məlumatına görə, İsrail döyüş təyyarələri “Hizbullah”ın silahlarının da olduğu hücrəsini bombalayıb.
Döyüş təyyarələri Hizbullahın müşahidə məntəqəsinə də hücum edib.
“Aharonoth” qəzeti başqa bir xəbərdə İsrail döyüş təyyarələrinin Livanın cənubundakı Aytarun kəndi ətrafına hava hücumu təşkil etdiyini açıqlayıb.
Hücumlarla bağlı insan tələfatı və maddi ziyanla bağlı ətraflı məlumat verilməsə də, Hizbullah hələlik mövzu ilə bağlı açıqlama verməyib.
Nuranə Məmmədova






