İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant Livanla sərhəd yaxınlığında əhalinin təxliyyəsi üçün hazırlıqların görülməsinə göstəriş verib. Elchi.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.
“Müdafiə naziri Qalant Livanla sərhədə yaxın əhalinin məskunlaşdığı ərazilərin boşaldılmasına hazırlaşmaq əmrini verir”, – deyə qəzet yazır.
Bundan əvvəl “İDF” Qəzza zolağı ilə sərhəddə yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyə edildiyini açıqlayıb. “İDF”nin mətbuat xidmətindən verilən məlumata görə, vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq növbəti təxliyə tədbirləri həyata keçiriləcək.
Havar Şəfiyeva




