İsrail mətbuatı Baş nazir Benyamin Netanyahunun Şimali Amerika Yəhudi Federasiyasının Təl-Əvivdə keçirdiyi konfransa “etiraz” qorxusundan qatılmayacağını bildirib.
Elchi.az xəbər verir ki,Haaretz qəzetinin xəbərinə görə, nümayişçilərin etirazından qorxan Netanyahu, İsrailin Müstəqillik Günü səbəbiylə 23-26 aprel tarixlərində təşkil edilən konfransa qatılmaqdan imtina edib.
Qəzet hökumətin mübahisəli “məhkəmə islahatına” qarşı olan müxalifətin konfrans zamanı Netanyahuya qarşı nümayiş keçirməyi və onun çıxışına mane olmağı planlaşdırdığını yazıb.
Baş nazirlikdən verilən açıqlamada Netanyahunun Şimali Amerika Yəhudi Federasiyasının -nın təşkil etdiyi konfransa “proqramın intensivliyi səbəbindən” qatılmayacağı bildirilib.
Şimali Amerika Yəhudi Federasiyası ABŞ və Kanadada 146 yəhudi qeyri-hökumət təşkilatını, həmçinin 300 müstəqil yəhudi icmasını özündə birləşdirən çətir təşkilat kimi fəaliyyət göstərir.
Nuranə Məmmədova





