İsrail ordusu Qəzzada Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərqdəki məktəbi ətrafına hücum edib. Təbii fəlakət nəticəsində ən azı 5 nəfərin öldüyü açıqlanıb.
Elchi.az xəbər verir ki, İsrail ordusu bu dəfə Qəzzada Birləşmiş Millətlər Təşkilatının məktəbinin ətrafındakı ərazini hədəfə alıb.
Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin qərbindəki Əl-Şati qaçqın düşərgəsinə hücum edib.
Hücumda minlərlə məcburi köçkün fələstinlinin sığındığı UNRWA-nın Əbu Asi məktəbinin ətrafı da hədəfə alınıb.
İsrailin hücumu nəticəsində azı 5 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Şayəstə Hüseynova






